Çoi Mi-Sun (1 iyul 1996, Kvanju) — Cənubi Koreyalı oxatan. Çoi Mi-Sun iki dəfə Dünya Çempionatında bürünc medalı qazanıb. O, həmçinin 2016-cı ildə Rio-de-Janeyroda Olimpiya Oyunlarının çempionu olub.
Çoi Mi-Sun | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Çoi Mi-Sun |
Vətəndaşlığı | Cənubi Koreya |
Doğum tarixi | |
Doğum yeri | |
Boyu | 1,68 m |
Çəkisi | 53 kq |
İdman növü | Kamandan oxatma |
26 avqust 2016 tarixində yenilənib. |
Çoi Mi-Sun birinci ciddi uğurunu 2015-ci ildə qazandı. O, Danimarkanın paytaxtı Kopenhagen şəhərində baş tutan Dünya Çempionatında fərdi və komanda yarışlarında üçüncü yeri tutaraq bürünc medal qazandı.
Çoi Mi-Sun növbəti böyük uğurunu 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində qazandı. XXXI Yay Olimpiya Oyunlarında Çoi Mi-Sun komanda yoldaşları Çang Hye-Jin və Ki Bo-Bae ilə birgə qızıl medal qazandı.