Çolpan — Gədəbəy rayonu ərazisində dağ.
Çolpan |
---|
Azərbaycanın qərb rayonlarında çolpan sözü "təpəlik, kiçik dağlıq" mənasında işlənir. Rayonun Eymir kəndində Çolpan qayası, Daşkəsən rayonunda Çolpan yalı, Tovuz rayonunda Çolpan dərəsi kimi mikrotoponimlər qeydə alınmışdır. Türkdilli xalqlarda çolpan dan ulduzu Zöhrənin (Veneranın) adıdır. Etnotoponim olması da mümkündür. Qırğızıstanın Koçkar rayonunda Çolpon kəndi, İssık-Kul vilayətindo Çolpan-Ata şəhəri var.[1]