Cosonun silahlısı (teleserial, 2014)

Çosonun silahlısı Lee Joon-gi, Nam Sang-mi, Jeon Hye-bin,Han Joo-wan və Yu Oh-seongun baş rolda oynadığı 2014-cü il Koreya teleserialıdır. Serialın əsas mövzusu Park Yoon-kang adlı qılınc ustasının əlinə odlu silah alaraq atasını öldürənlərə qarşı mübarizə aparmasıdır.

Çosonun silahlısı
Janr döyüş
dram
Rollarda
İstehsalçı ölkə Cənubi Koreya Cənubi Koreya
İl 2014
Studiya KBS
Dil koreya dili
Seriya vaxtı 60 dəqiqə
Davametmə müddəti 25 İyun 2014 — 4 Sentyabr 2014
IMDb ID3836378
kbs.co.kr/drama/gunman/

Bu serialla aktyor Lee Joon-gi və aktrisa Nam Sang-mi İkili həyatdan sonra yenidən bir serialda baş rolları paylaşmaq imkanı əldə etdilər.

Ad Rol Qeydlər
Lee Joon-gi Park Yoon-kang qılınc ustası ,daha sonra Yaponiyalı iş adamı Cənab Hanjo
Nam Sang-mi Jung Soo-in Park Yoon-kangın sevgilisi
Jeon Hye-bin Choi Hye-won tacirin qızı
Han Joo-wan Kim Ho-kyung Nazir Kim Byung-jenin qeyri-qanuni oğlu
Yu Oh-seong Choi Won-shin tacir,Mühafizəkarlar partiyasının liderinin əmrlərini icra edən sui-qəsdçi
Choi Jae-sung Park Jin-han Park Yoon-kangın atası
Kim Hyun-soo Park Yeon-ha Park Yoon-kangın bacısı
Choi Cheol-ho Moon Il-do Park Jin-handan sonra polis şəbəkəsində ikinci şəxs
Lee Dong-hwi Han Jung-hoon Park Yoon-kangın ən yaxşı dostu
Choi Ji-na Park Jin-hanın arvadı
Uhm Hyo-sup Jung Hwe-ryung Jung Soo-inın atası
Kim Ye-ryung Xanım Kim Jung Soo-inın anası
Ahn Ji-hyun Jan-yi Jung Soo-inın qulluqçusu
Nam Myung-ryul Hyun Am Koreyada Aydınlanma dövrünü dəstəkləyən müəllim ,birinci hədəf
Kim Jung-hak Oh Kyung Koreyada Aydınlanma dövrünü dəstəkləyən müəllim ,ikinci hədəf
Choi Jong-won Kim Jwa-young Mühafizəkarlar partiyasının lideri
Ahn Suk-hwan Kim Byung-je Mühafizəkarlar partiyasının üzvü
Lee Min-woo İmperator Qojonq
Ha Ji-eun Kraliça Min
Choi Jae-hwan Sang-chu Park Yoon-kangın Çosonlu köməkçisi
Ryohei Otani Ganemaru Park Yoon-kangın yapon köməkçisi
Yoon Hee-seok Kim Ok-kyun Park Yoon-kangın həyatını xilas edən adam
Jin Sung Sung-gil Choi Won-shinin sui-qəsdçilərindən biri
Kang Sung-jin Kim Moo-deok Choi Won-shinin sui-qəsdçilərindən biri
Jung Geun Son Taek-soo Choi Won-shinin polis şəbəkəsində casusu
Kim Ga-eun Im Je-mi Park Yoon-kangın qadın köməkçisi
Park Jae-min Jong-tae
Seo Dong-won Barıt mütəxəssisi
Kim Eung-soo Yamamoto


No.
01
02
03
04
05
Park Yoon-kang Cənab Hanjo olaraq Çosona qayıdır və atasının qatili Choi Won-shinlə iş görməyə başlayır . Ancaq əsas məqsədi atasının günahsızlığını sübut etmək və bacısını köləlikdən xilas etməkdir . Choi Won-shin onun kim olduğunu bilmir və ona qızıl mədəni işini təklif edir . 
06
Qızıl mədəni işi üçün barıt eksperti Park Yoon-kangın köhnə sevgilisi Jung Soo-in seçilir.Jung Soo-in Cənab Hanjonun Park Yoon-kang olduğunu çox tez başa düşür . Choi Won-shin isə Cənab Hanjonun Park Yoon-kang olub-olmadığını yoxlamaq üçün onun bacısının kölə kimi saxlandığı əraziyə gedir . Əgər Cənab Hanjo bura gəlsə , deməli o, Park Yoon-kangdır . 
07
Choi Won-shin Cənab Hanjonun Park Yoon-kang olub-olmadığını yoxlamaq üçün onun bacısını öz malikanəsinə kölə kimi aldırır və onu Cənab Hanjo ilə görüşdürür . 
08
Qardaşını görən Park Yeon-ha onu qucaqlayır . Ancaq Park Yoon-kang öz kimliyini ortaya çıxartmamaq üçün onu tanımamış kimi davranır . Choi Won-shin Park Yeon-hanı sataraq əvəzində barıt eksperti tapır ,Park Yoon-kang isə Jung Soo-indən kömək alaraq bacısını yeni getdiyi evdən xilas edir . 
09
Yeon-hanı xilas etmək üçün Ədalət nazirini öldürən Park Yoon-kangdan Choi Won-shin artıq daha çox şübhələnir və onu öldürmək qərarına gəlir . Ancaq son anda Park Yoon-kang onu aldada bilir . Jung Soo-in isə Cənab Hanjonun evində Park Yoon-kanga bir vaxtlar verdiyi kompası tapır . Ancaq Park Yoon-kangla danışa bilmədən həbs olunur . Çünki Ədalət nazirinin ölümünə görə Seulda bütün barıt ekspertlərini sorğuya çəkirlər . 
10
Jung Soo-in sarayda sorğuya çəkilir . Nazir Kim Byung-je onun atasının Jung Hwe-ryung olduğunu öyrənəndən sonra Jung Soo-inə daha çox işgəncə edir , hətta onun atasını da Ədalət nazirinin ölümündə günahkar sayır . Cənab Hanjo və Nazir Kim Byung-jenin qeyri-qanuni oğlu Kim Ho-kyung Jung Soo-ini xilas etmək üçün İmperator Qojonqa müraciət edirlər və beləliklə , Jung Soo-in xilas olur . Ancaq Jung Soo-in artıq Cənab Hanjoya onun həqiqi kimliyini öyrəndiyini demir . 
11
Choi Won-shin silahlı adamları toplayaraq Jung Hwe-ryungu öldürməyə gedir . Ancaq silahlı paltarında olan Park Yoon-kang ona mane olur . Digər silahlı adam da Jung Hwe-ryungu öldürə bilmir . Çünki Kim Ho-kyung qabağa tullanaraq Jung Hwe-ryungu xilas edir . Choi Won-shin isə bu hadisədən sonra Kim Jwa-young ilə dava edir və özünə yeni sahib saraydan sürgün edilən-Nazir Kim Byung-jeni seçir .Park Yoon-kang atasını vətən xaini elan edilməsində əli ola bilən bir nazirin adını öyrənir . 
12
Park Yoon-kang(Cənab Hanjo) atasını vətən xaini elan edilməsində əli ola bilən naziri qaçırır . Choi Won-shin onu xilas edir. Ancaq nazir təkəbbür göstərərək Choi Won-shini "ov iti" adlandırdığı və onu Kim Jwa-younga şikayət edəcəyi üçün Choi Won-shin onu öldürür . Nazir Kim Byung-je saraya geri qayıdır və oğlu Kim Ho-kyungun Jung Soo-in ilə evlənməsinə qarşı çıxır . Cənab Hanjo Jung Soo-inin onun Park Yoon-kang olduğunu bildiyini başa düşür və onunla yenidən sevgili olur. 
13
Choi Won-shin Park Yoon-kanga(Cənab Hanjoya) günahlarını etiraf edir . Ancaq məhkəmə qarşısına çıxanda Choi Won-shin özünü təmizə çıxarır , onun qızı və bir şahid Choi Won-shinin heç nə etiraf etmədiyini söyləyirlər . İmperator Qojonq Choi Won-shinin azad edilməsini və Park Yoon-kangın edam edilməsini əmr edir . 
14
İmperator Qojonq gizlicə Park Yoon-kangı(Cənab Hanjonu) edamdan xilas edir. Ancaq Park Yoon-kang imperatorla işləməkdən imtina edir. O, Choi Won-shini meşədə təqib edir və onu bir uçuruma qədər aparır. Choi Won-shin Park Yoon-kang tərəfindən güllələnir və uçurumdan gölə düşür . 
15
Choi Won-shin Kim Jwa-youngun adamları tərəfindən xilas edilir. Park Yoon-kang isə özünü müdiri Cənab Yamamoto olaraq tanıdaraq Kim Jwa-youngla ittifaq qurur. Jung Soo-in Kim Ho-kyungun əsil atasının Nazir Kim Byung-je olduğunu öyrənir və ona qarşı olan münasibəti dəyişir. Daha sonra Jung Soo-in sevgilisi Park Yoon-kangla görüşməyə gedir. Choi Won-shinin qızı Choi Hye-won onu təqib edir və beləliklə, Park Yoon-kangı öldürərək atasının intiqamını almaq istəyir. 
16
Park Yoon-kang Choi Hye-wonun əlindən bir təhər xilas olur. Mühafizəkarlar partiyasının lideri Kim Jwa-young bir çox adamla ittifaq bağlayaraq üsyan qaldırır. Saray işğal edilir, Jung Soo-inin atası Jung Hwe-ryung üsyançılar tərəfindən öldürülür. Ancaq Kraliça Min Park Yoon-kang və Jung Soo-inin köməyi ilə saraydan qaçır. Mühafizəkarlar partiyasının lideri Kim Jwa-young İmperator Qojonqun atası ilə görüşür və oğlu olan İmperator Qojonqu öldürməyəcəyinə söz verərək ondan digər oğlunu taxta çıxartmasını istəyir. Park Yoon-kang isə Kim Jwa-youngun evinə gizlicə girir və atasının başına gələnlərə görə onu öldürmək istəyir. 
17
Park Yoon-kang Kim Jwa-youngu öldürmür, onu saraya təslim edir. Paytaxta gələn Çin ordusu üsyanı yatırır. Kim Jwa-young və bir çox adam edam edilir. Choi Won-shinin qızı Choi Hye-won Kraliça Mini xilas edir. Nazir Kim Byung-je isə İmperator Qojongun tərəfinə keçir. İmperator Qojong özünə müttəfiqlər əldə etmək məqsədilə Nazir Kim Byung-je və Choi Won-shini bağışlayır. Park Yoon-kang bu iki nəfəri məhv etmək üçün mübarizəyə başlayır. 
18
Choi Won-shin Cənab Yamamoto ilə birlikdə Yaponiyaya taxıl ixrac etməyə başlayır. Bu isə Çosonda aclığa səbəb olur. Park Yoon-kang taxılı oğurlayaraq xalqa paylayır. Cənab Yamamoto artıq Park Yoon-kanga olan inamını itirir və onu öldürmək üçün adamlar göndərir. Ancaq Ganemaru öz canı bahasına Park Yoon-kangı qoruyur və ölür. 
19
Park Yoon-kang Cənab Yamamotonun göndərdiyi yaponları öldürdüyünə görə yapon səfirliyinin qəzəbinə tuş gəlir. Choi Won-shin bundan istifadə edərək Park Yoon-kangı həbs etməyə qərar verir. Ancaq Park Yoon-kang Kim Ok-kyun və Şahzadənin əri tərəfindən xilas olunur. Aydınlanma və müasirliyin tərəfdarı olan bu iki şəxs Park Yoon-kangı başladacaqları üsyan üçün əsgərləri hazırlamağa dəvət edir. Park Yoon-kangın sevgilsi Jung Soo-in isə saraya xidmətçi kimi daxil olaraq Kraliça Minin hərəkətlərindən üsyançıları xəbərdar etməyə çalışır. 
20
Vyetnamda Fransa ilə müharibəyə başlayan Çin öz əsgərlərini Seuldan çəkməyə başlayır. Kim Ok-kyun və Şahzadənin əri üsyana başlamaq üçün bunun ən yaxşı vaxt olduğunu fikirləşirlər. Park Yoon-kang yaponlardan üsyan üçün dəstək almağın əleyhinə olsa da, Kim Ok-kyun gizlicə yaponlardan kömək istəyir. Park Yoon-kang hökumət nümayəndələrinin və xarici dövlətlərin elçilərinin qonaqlıq keçirdiyi binanı yandırır və üsyan başlayır. 
21
22
Seriyanın nömrəsi # İlk dəfə yayın vaxtı Orta tamaşaçı payı
TNmS Reytinqs[1] AGB Nielsen[2]
Ölkədə Seulda Ölkədə Seulda
1 25 İyun 2014 8.9% 9.1% 8.4% 8.8%
2 26 İyun 2014 6.6% 8.2% 8.0% 8.6%
3 2 İyul 2014 8.3% 8.6% 8.0% 8.3%
4 3 İyul 2014 8.0% 8.7% 8.7% 9.4%
5 9 İyul 2014 8.5% 8.7% 9.9% 9.6%
6 10 İyul 2014 8.9% 9.9% 10.5% 10.6%
7 16 İyul 2014 8.3% 8.8% 10.2% 11.1%
8 17 İyul 2014 8.3% 8.8% 10.6% 12.1%
9 23 İyul 2014 9.3% 10.3% 11.6% 12.4%
10 24 İyul 2014 10.7% 11.7% 11.9% 12.2%
11 30 İyul 2014 9.5% 10.6% 11.2% 12.1%
12 31 İyul 2014 9.4% 11.2% 11.7% 12.8%
13 6 Avqust 2014 9.9% 10.3% 10.5% 11.5%
14 7 Avqust 2014 9.6% 10.3% 12.2% 13.1%
15 13 Avqust 2014 10.1% 10.6% 11.1% 11.3%
16 14 Avqust 2014 10.0% 10.4% 11.0% 10.7%
17 20 Avqust 2014 9.4% 9.4% 11.1% 11.4%
18 21 Avqust 2014 10.0% 10.7% 11.7% 11.9%
19 27 Avqust 2014 8.8% 9.8% 10.8% 11.7%
20 28 Avqust 2014 9.0% 9.4% 11.5% 12.5%
21 3 Sentyabr 2014 9.1% 9.2% 11.8% 12.0%
22 4 Sentyabr 2014 9.8% 10.5% 12.8% 13.0%
Orta 9.1% 9.8% 10.7% 11.2%
  1. "TNmS Daily Ratings: this links to current day-select the date from drop down menu". TNmS Ratings (Korean). 2018-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-25.
  2. "AGB Daily Ratings: this links to current day-select the date from drop down menu". AGB Nielsen Media Research (Korean). 2013-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]