Çoxbağlılar dəstəsi (lat. Polydesmida) — buğumayaqlılar tipinin ikicütayaqlılar sinfinə aid olan dəstə.
Çoxbağlılar |
---|
|
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. |
|
|
Bu dəstəyə aid olan çoxayaqlıların bədəni təsbeh şəklindədir. Seqmentlər arasında ensiz bağlar vardır. Yaşlılarda buğumların sayı sabitdir (19-20); gözləri yoxdur, yeddinci seqmentin birinci cüt ayağı qonopodi rolunu oynayır.[3]
Çoxbağlıların Polydesmidae fəsiləsinin nümayəndələrində bədənin bel hissəsinin səthi yastılanmışdır. Bədən seqmentlərinin kənarları çox qırağa çıxır. Bu boz çoxayaqlılar daha çox rütubətli yarpaqlı meşələrdə yaşayırlar.
Stronqilozomlar (Strongylosomidae fəsiləsi) meşələrdə və rütubətli çəmən torpaqlrında yaşayırlar. Onları seqmentlərinin dəyirmi forması fərqləndirir.
Azərbaycanda çoxbağlıların 9 növü aşkar edilmişdir. Zaqatala rayonunda – Brachydesmus bidentatus Gol., Qazaxda – Br.karawaewi Lohm., Qəbələdə – Poludesmus abchasius Att., Kiçik Qafqazda və Gəncədə – Brachydesmus karawaewi Lohm., Gədəbəydə – Brachydesmus talyschanus Lohm. tapılmışdır. Lənkəran zonasının torpaqlarında 6 növ polidesmid aşkar edilmişdir. Burada sarı torpaqlarda tapılan Brachydesmus talyschanus Lohm. istisnasız olaraq meşə örtüyü, döşənəkdə və torpaqda yaşayır. Dağ-meşə qonur torpaqlarda, eləcə də dənli bitkilər əkinləri altında olan çəmən-qəhvəyi torpaqlarda Strongylosoma lencoranum Att. qeydə alınmışdır (Səmədov, Bababəyova, Rəhmanov, 1972). Polidesmidlər bitki qalıqlarının parçalanmasında fəal iştirak edirlər.[3]
Azərbaycanda Zaqatala, Qazax, Qəbələ, Kiçik Qafqaz, Gəncə, Gədəbəy və Lənkəran zonasında yayılıb.[3]
- Brachydesmus bidentatus Gol.
- Br.karawaewi Lohm.
- Poludesmus abchasius Att.
- Brachydesmus karawaewi Lohm.
- Brachydesmus talyschanus Lohm.
Representative diversity of Polydesmida
- Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004