Çoxbuğumlu cuzqun

Cənubi Qafqaz, Balkan yarımadası, Kiçik Asiya, Ermənistan və İranda yayılmışdır.

Çoxbuğumlu cuzqun
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Ümumi yayılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-də Vəlidağ düzündə və Ordubad rayonunun Kotam kəndi ərazisində rast gəlinir.

Statusu[redaktə | mənbəni redaktə et]

Azərbaycanın nadir bitkisidir. CR B1ab(i,ii,iv) .

Bitdiyi yer[redaktə | mənbəni redaktə et]

Səhra və yarımsəhralarda qumlugilli torpaqlarda rast gəlinir.

Təbii ehtiyatı[redaktə | mənbəni redaktə et]

Azərbaycanda arealı geniş deyildir .

Bioloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1,5 m-dək, ağımtıl qabıqlı, şaxələnmiş budaqlı koldur. Yarpaqları ensiz, bizvaridir. Meyvəsinin uzunluğu 12–16 mm, yumurtavari olub cod tüklüdür. Qoca budaqları əyilmişdir. Cavan zoğları uzun olub, əyilmiş vəziyyətdədir. Zoğları yaşıl və ya bozumtul-yaşıl rəngli olub, buğumludur. Cavan zoğları yarpaqsızdır, payızda təxminən bütövlüklə məhv olan və tökülən, oduncağabənzər budaqların qoltuqlarından dəstələrlə çıxır. Nazik, birillik zoğlardan əlavə bu kolların çətirlərində artım zoğları formalaşır və 3-6 il ərzində yaşayır. Zoğların illik budaqlanması (yeni zoğlar keçən ilin zoğlarının aşağı, yan tumurcuqlarından çıxır) və çoxillik budaqların buğumlarında hər yeni zoğun illik məhv olması nəticəsində bəzi növlərdə özünəməxsus qalınlaşmalar əmələ gəlir. Bütövlükdə cuzğunların inkişafı çox tez baş verir və kol 5-6 yaşında lazımı ölçülərinə çatır. Təxminən bu yaşda birinci çiçəkləmə müşahidə edilir. Yarpaqları az bilinən, xətvari, iynəşəkilli və ya bizvari, uzunluğu 3–7 mm, bünövrəsində dərili yarpaqaltlığı borulu, tez töküləndir. Çiçəkləri qoltuqda, ikicinsli, ətirli, tək, düz, sadə, 5 hissəli çiçək yanlıqlı, yarpaqaltlığı boruların qoltuqlarında 1-3 (5-ə qədər) yerləşir. Çiçəkyanlığının yarpaqları ağ, çəh¬rayı, çəhrayı-bənövşəyi, yaşılımtıldır. Erkəkcikləri 12-18 ədəd, bünövrəsində erkəkcik saplaqları qısa tükcüklü dəstəlidir. Yumurtalığı yuxarı, 4 hissəli, ucunda 4 qısa sütuncuqlu və başcıq, dişicik ağızlıdır. Meyvəsi – düz və ya oxunda burulmuş, bərk meyvə yanlıqlı, qanadlı və ya tükcüklü qozadır. Tükcükləri bir neçə dəfə qozadan uzundur və meyvəyə şarşəkilli forma verir. Qanadlı toxumları küləklə asanlıqla yayılır. Oduncaqlı qabığı cücərməni zəiflədir və ona görə toxumların cücərməsi əsasən az olur. Bu səhra kollarının vegetasiyası martın axırları - aprelin əvvəlləri başlayır. Çiçəkləmə aprelin ortalarında və ya axırlarında, mey¬vəvermə və toxum əmələ gətirmə isə mayın axırları və ya iyunun əvvəlləri müşahidə edilir.

Çoxalması[redaktə | mənbəni redaktə et]

Təbiətdə əsasən generativ və getativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi[redaktə | mənbəni redaktə et]

Mədəni halda botanika bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri[redaktə | mənbəni redaktə et]

Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmişdir.

Zəruri qoruma tədbirləri[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-də bitkinin populyasiyası çox olan yerlərdə mühafizə ocaqlarının yaradılması zəruridir.

Məlumat mənbələri[redaktə | mənbəni redaktə et]

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.

http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Деревья и кустарники. СССР. т.2.1951;
  • Флора Азербайджана. т.6. 1955; Флора Кавказа т.6.1962;
  • Azərbaycanın ağac və kolları. II cild. 1964; Красная Книга СССР. 1984;
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl kitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; *Azərbaycanın “Qırmızı Kitabı” 1989; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008;
  • Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”. 2010; Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin reproduksiyasının, reproduksiyasının və repatriasiyasının elmi əsas-ları, b.e.d. alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı. 2011; Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011.