Çoxillik dövr

Çoxillik müşahidə məlumatları[redaktə | mənbəni redaktə et]

Atmosfer prosesləri o qədər dəyişkən və çoxşaxəlidir ki, müasir iqlimin öyrənilməsində onun müxtəlif xüsusiyyətlərini əks etdirmək üçün onların uzunmüddətli və ya çoxillik dövr ərzində müşahidələrini aparmaq lazımdır. İqlimşünaslıq elmi ilkin material kimi meteoroloji müşahidə məlumatlarını istifadə edir və bu nəticələr zaman və məkan daxilində müqayisə edilir, tutuşdurulur.İqlim barədə təsəvvür əldə etmək üçün qısa dövr ərzində müşahidə məlumatları kifayət etmir.Çoxillik müşahidə məlumatlarından nəticə çıxarmaq üçün onları statistik cəhətdən işləmək lazımdır. Ona görə iqlim xarakteristikaları çoxillik müşahidə sıralarından statistik nəticə çıxarmaqdan ibarətdir. Belə xarakteristikalar müxtəlif meteoroloji kəmiyyətlərin çoxillik orta qiymətindən, illik anomaliyaların orta qiymətlərdən orta meylindən, çoxillik dövr ərzində ayrı- ayrı meteoroloji elementlərin limit qiymətlərindən, bu və ya digər hadisənin təkrarlanmasından, müəyyən meteoroloji hadisələrin son müddətindən və s. ibarət ola bilər.[1]

Çoxillik dövr[redaktə | mənbəni redaktə et]

Çoxillik dövrdə statistik korrelyasiya metodunun köməyi ilə meteoroloji kəmiyyətlər arasında əlaqələrin olub- olmamasını kəmiyyətcəifadə etmək mümkündür. Hadisələr arasında kəmiyyət əlaqələrini ifadə etmək üçün meteorologiyada çoxillik dövr ərzindəki müşahidələrə əsasən empirik düsturlar işlənir. Deməli meteorologiyada statistik metodlar birinci dərəcəli əhəmiyyətə malikdir ki, bu da çoxillik dpvr ərzində müşahidə məlumatları olmadan tətbiq edilə bilməz. [2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Müşahidə

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. С.П.Хромов Метеорология и климатология. Ленинград. 1968, стр. 342.
  2. Матвеев Л.Т. Основы общей метеорологии. Физика атмосферы. Л. 1965.