Çoxkeçidli çap (İnformatika)

Çoxkeçidli çap (İng. multiple-pass printing, ru. многопроходная печать )- matrisli printerlərdə: hər bir sətri ikinci dəfə birincinin üzərinə çap etmək üçün çap başçığının bir neçə keçid etməsindən ibarət olan çap üsulu. Bu üsuldan çapın kontrastlığını yaxşılaşdırmaq və düzləndirmə xətalarını hamarlamaq məqsədilə istifadə olunur. Yaxşı printerlərdə ikinci keçiddən öncə kağız azca yuxarı sürüşür, buna görə də simvolların nöqtələri üst-üstə düşərək daha aydın (dəqiq) və tünd görüntü yaradır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.