Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Çoxmənalı sözlər — Əsas məna ilə bağlı olub bir neçə əlavə,törəmə mənada işlənən sözlərə çoxmənalı sözlər deyilir. Məsələn: üz – adamın üzü, suyun üzü, yorğanın üzü; göz – adamın gözü, bulağın gözü, şkafın gözü və s. Çoxmənalılıq yaradan sözlər həmişə eyni nitq hissəsinə aid olur. Məsələn: Həqiqi məna – polad balta (isim), gözəl mənzərə (sifət).
Məcazi məna – polad bilək (isim), gözəl fikir (sifət)
Bu zaman həmin sözlər və birləşmələr bir-biri ilə oxşar əlamətlərə malik əşyaları ifadə edir. Beləliklə, sözlərin çoxmənalılığı yaranır. Məsələn: alovun dili, çəkmənin dili, insanın dili, heyvanın dili. Bu söz birləşmələrindən insanın dili, heyvanın dili nümunələrində leksik vahidi həqiqi mənada, alovun dili, çəkmənin dili nümunələrində isə məcazi mənada işlənmişdir.
Hər hansı sözün ilk mənasında əmələ gələn yeni mənalar onun məna çalarlığı adlanır. Bir məfhumun müxtəlif məna çalrlığını ifada edən sözlərə çoxmənalı-polisemantik sözlər deyilir. İfadə etdiyi müxtəlif məna çalarlığına görə çoxmənalı sözlər eyni deyildir. Söz onun geniş və ya məhdud mənada işlənməsindən asılı olaraq, çox və ya az məna çalrlığına malik olur. Əgər sözün bir əsas mənadan başqa ikinci bir mənası olmursa, belə sözlər təkmənalı-monosemantik sözlər adlanır. Məsələn:traktor, orfoqrafiya,çanta və.s sözlər təkmənalıdır, insana aid orqanın adı olan ağız sözü isə çoxmənalıdır. Bu söz qazanın ağzı, qapının ağzı, bıçağın ağzı və.s ifadələrdə müxtəlif mənalara malikdir. Müasir Azərbaycan dilində çoxmənalı sözlərin olduqca böyük əhəmiyyəti vardır. Bu onu göstərir ki, sözlərin çoxmənalılıq kəsb etmə prosesi dilimizdə ən qədim dövrlərdən fəal şəkildə mövcud olmuşdur. Bu proses bu gün dilimizin daxili inkişaf qanunlarından birini təşkil edir.
Sözlərin çoxmənalılığı görünür ki, türk dillərində də hələ qədim dövrlərdə də böyük rol oynamışdır. Bu gün dilimizdə işlədilən türkün sözü ifadəsi bunu isbat edir.
Çoxmənalı sözlərdə onun daşıdığı mənalardan biri öz konkret ifadəsini ancaq mətnin daxilində alır. Söz öz ilk müstəqil mənasından ayrılıb çoxmənalılıq kəsb edəndə məcazi məna kəsb edir. Məcazi mənada işlənən leksik vahidlər isə iki növ olur: a) leksik məcazlar; b) üslubi məcazlar Leksik məcazlar lüğət tərkibində qeydə alınmış, daşlaşmış ifadələrdir. Məsələn; başa düşmək- anlamaq, dərk etmək, ələ salmaq- lağ etmək, əldən düşmək – yorulmaq kimi birləşmələr daxilində işlənərkən eyni mənanı saxlaya bilir. Bəzən daha əlavə mənaların da açılmasına kömək edir. Üslubu məcazlar isə yazıçının fərdi yaradıcılığı ilə bağlı olan ifadələrdir. Bunlar mətn daxilindən ayrılıqda öz məcazlığını saxlaya bilmir. Lüğət tərkibində də qeyd edilmir. Məsələn, ürəyimin yağı əridin. İşlərim yağ kimi gedir. Qələm lap yağ kimi yazır cümlələrinin hər birində yağ sözünün özünəməxsus konkret mənası vardır. Bu cümlələrdə ürəyimin yağı birləşməsi leksik məcaz, ikinci və üçüncü cümlələrdə isə yağ kimi ifadəsi müqayisə məzmunu daşıdığı üçün üslubu məcazdır. Çoxmənalı sözlərdə məna çalarlığı nə qədər çox olursa-olsun, bunlardan biri mütləq onun ilk həqiqi müstəqil mənasını təşkil edir. Başqa mənaları isə ilk mənaya az və ya çox yaxın olduğuna baxmayaraq, onun sonradan törəmiş mənaları kimi özünü göstərir. Müstəqil məna sözün əsas mənası olub, başqa mənaları isə ikinci, üçüncü, hətta dördüncü dərəcəli yer tutur. Çoxmənalı sözlərdə sözün məna çalarlıqlarından əsas mənası həqiqi, ikinci və sonrakı mənaları isə məcazi məna adlanır.
Dilimizdə sözlərin çoxmənalılığı söz yaradıcılığı prosesinin aşağıdakı xüsusiyyətlərini meydana çıxarır.
Çoxmənalılıq prosesində leksik vahidlərin semantik inkişafı bəzən omonimliyə gətirib çıxarır.
Dilimizdə sözün məna çalarlıqları bir sıra səbəblər nəticəsində meydana gəlir.
1. Əşyaların müxtəlif cəhətdən oxşarlığına görə:
2. Əşyaların müxtəlif cəhətdən yaxınlaşmasına görə: