Çoxprosessorlu emal (informatika)

Çoxprosessorlu emal (ing.multiprocessing, ru. многопроцессорная обработка) - təxminən bərabər xarakteristikalara malik iki və ya bir neçə birləşdirilmiş prosessorun bir, yaxud bir neçə prosesi (proqramı və ya komandalar toplusunu) birgə yerinə yetirməsi rejimi. Çoxprosessorlu emal zamanı hər bir prosessor fərqli komandalar yığını ilə (və ya eyni bir prosesin müxtəlif hissələri ilə) işləyir ki, bunun da məqsədi sürətin, yaxud hesablama imkanlarının artırılması, eləcə də paralel emal və soprosessorlardan istifadə olunmasıdır. Paralel emal zamanı bir sistem çərçivəsində bir neçə proses (növbəli deyil) eyni vaxtda yerinə yetirilir, soprosessor isə yüksək səmərəliliklə təkcə spesifik məsələləri emal edir. Ancaq bu anlayışlar çox dinamik dəyişir və xüsusən çoxprosessorlu emalla paralel emal arasındakı fərqlər bəzən yox olur.


Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.