Çuğundur taxtabitisi

Çuğundur taxtabitisi (lat. Poeciloscytus cognatus Fieb.- ) - Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ.

Çuğundur taxtabitisi
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Bədəninin üst və alt tərəfində asan tökülən gümüşü ağ tüklərin olması ilə fərqlənir. Rəngi qaramtıl-sarıdır. Erkəklərin bədəni altdan bütünlüklə qara, dişilərinki isə yaşıldır. Qanadüstü hissə sarımtıl boz olub, qara haşiyəlidir. Qanadları şüşə kimi şəffafdır. Bədəninin uzunluğu 3,5–5 mm-dir. Əsasən yumurta bəzən isə yetkin mərhələdə qışlayır. Payızda yumurtalarını yonca və qızıltərə bitkisinin gövdə toxumasına və yarpaq damarlarına, yazda isə çuğundur və digər bitkilərin üzərinə qoyur. Yumurtalarını kiçik qruplar halında (5-8 ədəd) bir cərgədə, bəzən isə qarışıq halda tökür. Bir dişi taxtabiti mövsümdə orta hesabla 86, bəzən isə 309 yumurta qoya bilir. Yumurtaların inkişafı 14-16 gün çəkir. Sürfələrin qışlayan yumurtalardan çıxması aprel ayında müşahidə olunur. Sürfələr bitki şirəsi ilə qidalanaraq 5 dəfə qabıq dəyişir. Onların inkişafı may ayının axırında yetkin mərhələyə keçir. Iyun ayında yetkin taxtabitilər yenidən yumurta qoyur. Bu növ şimal rayonlarında 2, cənub rayonlarında 3 nəsil verir. Taxtabitinin birinci nəsli bitkinin ilk cücərtiləri ilə qidalandığı üçün daha çox zərərlidir. Qışlayan yumurtaları dişi fərdlər avqust, sentyabr aylarında tökür. Taxtabiti ilə zədələnən bitkinin boyu zədələnməyən bitkinin boyundan 2-3 dəfə alçaq olur. Çuğundur taxtabitisi çuğundurdan əlavə kətan, soya, günəbaxan, xardal, gnəgərçək, küncüt, razyana, şüyüd, gülümbahar, pambıq, ispanaq, kök, yonca, və s. bitkilərə zərər verir. Qidalanma zamanı onların ağzından buraxdığı şirə bitkiyə zəhərli təsir edir. Bu taxtabiti çuğundur bitkisinin yarpağı və gövdəsi üzərində qidalandıqda çuğundurun kök hissəsi balaca olur, çiçəklə qidalandıqda isə toxumu zəif olur.

Bu növə Azərbaycanın Lənkəran-Astara zonasında, Gəncə ətrafı rayonlarda və Naxçıvanda rast gəlinir.