Çukçalar

Çukçalar (öz dilində olan adı: ԓыгъоравэтԓьэт və ya оравэтԓьэт cəm) — Şimal-Şərqi Sibirdə Rusiya Federasiyasının Çukotka Muxtar Dairəsində yaşayan yerli xalq.

Çukçalar
Çukça ailəsi
Ümumi sayı
16 000
Yaşadığı ərazilər
Rusiya Rusiya (Çukotka)
Dili

çukça dili
rus dili

Dini

Pravoslavlıq
Şamanizm

Qohum xalqlar

Koryaklar
İtelmenlər

Çukçalarda üz tatusu məşhurdur

Rusiyadakı Sibir yupikləri, çukçaların mədəni assimilyasiyasına məruz qalmış olub çukçalaşmışlardır. Sahil Çukçalarının da çukçalaşmış yupik olduqları təxmin edilməkdədir. Çukçalar ilə özlərini Yupik olaraq Çukçalardan ayrı dutanlar arasında tək fərq dildə görünür.[1][2]

  1. "Edward J. Vajda, Siberian Yupik (Eskimo)". 2016-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-06.
  2. V. P. Alekseyev (1979), The Genetic Structure of Asiatic Eskimos and Coastal Chukchis Compared to that of American Arctic populations , Arctic Anthropology XVI-1, 1979