Cul

Cul, Artavan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.[2]

kənd
Cul
39°39′27″ şm. e. 45°37′00″ ş. u.
Ölkə  Ermənistan
Region Dərələyəz mahalı
Rayon Paşalı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.880 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 321 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Cul xəritədə
Cul
Cul
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 10 km cənub-şərqdə, Arpaçayın sağ qolu olan Culçayın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir. Tarixi mənbələrdə XIII əsrdən xatırlanır[5].

Toponim çul türk etnonimi[6][7] əsasında yaranmışdır.

Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Artavan qoyulmuşdur.

Kənddə 1831-ci ildə (56 kişi, 61 qadın, cəmi 117 nəfər)[8], 1873-cü ildə 708 nəfər, 1886-cı ildə 899 nəfər, 1897-ci ildə 1214 nəfər, 1904-cü ildə 1222 nəfər, 1914-cü ildə 1344 nəfər, 1916-cı ildə 1607 nəfər yalnız azərbaycanlı yaşamışdır[9].

1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakmləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan sakinləri tarixi-etnik torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 717 nəfər, 1926-cı ildə 431 nəfər, 1931-ci ildə 950 nəfər azərbaycanlı yaşamışdır[9].

SSRİ hökumətinin xüsusi qərarı ilə kəndin sakinləri azərbaycanlılar 1948-1949-cu illərdə zorla Azərbaycana köçürülmüşdür. 1950-ci ildən burada ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.60
  4. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.84
  5. Yeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, «Haypetrat», 1955. s.91
  6. Глинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, «Элм», 1990. s. 111-114
  7. Mirzəyev H. Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz, Bakı, ADPU, 1997. s.190-194
  8. "Arxivlənmiş surət". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-22. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  9. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.90-91, 158-159