Çumış çayı[1] — Rusiyanın Kemerov vilayəti və Altay diyarı ərazisindən axan çay. Ob çayının sağ qolunu təşkil edir.
Çumış çayı | |
---|---|
rus. Чумыш | |
Ölkə | Rusiya |
Mənsəbi | Ob |
Uzunluğu | 644 km |
Su sərfi | 146 m³/s |
Hövzəsinin sahəsi | 23900 km² |
|
|
DSR[ru] | 13010200412115200001671 |
Vikianbarda əlaqəli mediafayllar |
Çayın uzunluğu 644 km, hövzəsinin sahəsi isə 23 900 km² təşkil edir. Öz başlanğıclarını Kemerov vilayətinin ərazisində Qara-Çumış və Tom-Çumış çaylarının birləşməsindən götürür. Mənsəbə yaxın iki qola ayrılır. Barnaul şəhərindən 88 km aşağıda Ob çayına tökülür.
Çumış çayı əsasən qar suları ilə qidalanır. İllik su sərfiyyatı mənsəbə 74 km qalmış 146 m³/s təşkil edir. Çay noyabrın birinciyarısında donur. Aprelin ikinci yarısında isə buzdan azad olur.
Çumış çayında illik su sərfiyyatı (m³/san).
Ölçmələr Talmenka hidrometroloji stansiyasında aparılmışdır
56 illik məlumat
XXI əsrə olan məlumata görə Çumış çayında navuşiqasiya yoxdur. Ancaq XIX və XX əsrlərdə çayda sıx naviqasiya tətbib olunurdu.
XIX əsr və XX əsrin birici yarısı Çumış çayında atla hərəkətə gətirilən taxta barjalar mövcud olmuşdur. 1904-cü ilin yazında elədə böyük olmayan və Bodunova mənsub olan paraxod Zasevski kəndinə qədər hərəkət etmişdir. Paraxod özü ilə 30 sazemlik barjanı tartıb gətirməyə xidmət etmişdir. 1913-cü ildə Talmenka kəndinə Sedovun "Çumış"[2] teploxodu qalxmışdır
XX əsrin ortaları Ob çayının hövzəsinin rəhbərliyi kiçik çaylarda naviqasiyanın həyata keçirilməsini təmin edirdi. Yataq dərinləşdirmə tədbirləri sayəsində burada çəkici BV tipli gəmilər və sərnişin daşımağa istiqamətli Zarya teploxodları burada meşə məhsullarının və sərnişinlərin daşınmasını gerçəkləşdirirdi. Çaylarda görülən işlər çox çətin və əvəzi ödənilməyən bir iş olması müəyyənləşmişdi.
1960-cı illərdə çay boyunca və iri məntəqələr arasında avtomobil yolları çəkilmişdir. Bu illərdə Biysk—Martınovo—Novokuznesk, Barnaul—Toqul—Matınovo və Barnaul—Zarinsk—Zalesovo yolları çəkilmişdir. Bundan sonra isə artıq dib dərinləşdirmə işləri tam dayandırılmışdır.
Çumış çayında dayaz sularda üzən gəmilər ancaq Yelsovka kəndinə qədər hərəkət edə bilir.
Mənsəbə olsn məsafə