Çuvaş Respublikası Milli Kitabxanası

Çuvaş Respublikası Milli KitabxanasıÇuvaşıstannın aparıcı kitabxanası, mədəniyyət, təhsil və informasiya mərkəzi, region kitabxanalarının diyarşünaslıq, elmi-tədqiqat və elmi metodiki işinin mərkəzidir.[1]

Çuvaş Respublikası Milli Kitabxanası
Ümumi məlumatlar
Ölkə
Yaradılıb 1871
Ünvan Чебоксары
Sayt nbchr.ru

1871-ci ildə yerli ziyalı, təsisçilər və abunəçilərin vəsaiti hesabına yaradılmış, 1889-cu ildə ictimai kitabxana statusu almışdır. 1917-ci ildən sonra Xalq təhsil şöbəsinin ixtiyarına (tabeliyinə) verilmiş, 1925-ci ildən dövlət büdcəsinə qəbul edilmişdir. 1938- ci ildə isə Maksim Qorki adına Respublika kitabxanasına çevrilmişdir. Bu da kitabxanaya mərkəzi nəşrlərin (pullu) və yerli nəşrlərin (pulsuz) əldə olunmasına imkan verir. 1994-cu ildən müasir adı və statusu müəyyən olunmuşdur.

Fəaliyyətinin əsas istiqamətləri: çuvaş və digər region xalqlarının milli-mənəvi irsinin qorunub saxlanılmasına və inkişafına kömək etmək; respublika kitabxana siyasətini formalaşdırmaq; kitabxana-informasiya resurslarında qarşılıqlı istifadənin təşkilini təmin etmək; Beynəlxalq kitab mübadiləsini həyata keçirmək və s.

Kitabxananın fondu 2 milyon nüsxəyə yaxındır. 1993-cü ildən yeni nəşrlərin Elektron Kitabxanası yaradılmışdır. “Çuvaş milli biblioqrafiyası” (1994), “Çuvaş Respublikası milli kitab xanası üzrə bələdçi” (Çuvaş dilində), “Çeboksari şəhər kitabxanaları”, “Sorğu kitabı - bələdçi”, “Çuvaş Respublikası mədəniyyətinin inkişafı ” və s. adlı biblioqrafik göstəricilər kitabxanalar tərəfindən çap edilir. Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə, Milli kitabxanaları ilə kitab mübadiləsi həyata keçirilir. Kitabxananın 53,8 min oxucusu, 1,2 mln. nüsxə kitab verilişi vardır. Hər il 25 mindən çox yazılı və şifahi biblioqrafik arayış verir, 40-a qədər metodik biblioqrafik material hazırlayır.

İstinadlar[redaktə | mənbəni redaktə et]