Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ödəniş tapşırığı — Ödəniş tapşırıqları ilə hesablaşma nağdsız hesablaşmanın formalarından biridir. Hesablaşmanın bu formasında bankda hesabı olan müəssisənin həmin hesabdan müəyyən məbləğ vəsaitin silinib, başqa müəssisənin hesabına daxil edilməsi haqqında özünə xidmət edən banka verdiyi tapşırıqdır. Ödəmə tapşırığı vasitəsilə həm şəhər daxili, həm də şəhərdən kənar hesablaşmalar aparılır.
Ödəniş tapşırıqlarının mahiyyəti, onun yerinə yetirilməsi şərtləri və digər məsələləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 973 – 976-cı maddələrində əks olunmuşdur. Onun icra mexanizmi isə Azərbaycan Respublikasının Milli Bankı İdarə Heyətinin 19 sentyabr 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş " Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimat "ı ilə müəyyən edilmişdir.
Ödəniş tapşırıqları ilə hesablaşmanı icra etmək üçün bank müştərinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitinin bu və ya başqa bankda (benefisiar bankda) ödəyicinin göstərdiyi şəxsin hesabına ödəmək öhdəliyini öz üzərinə götürür. Bu öhdəliyi bank, bank hesabı müqaviləsində ayrı müddət nəzərdə tutulmayan hallarda ödəniş tapşırığının banka daxil olduğu günün ertəsi gündən gec olmayaraq icra edir.
Nağdsız hesablaşmaların həyata keçirilməsi üçün istifadə edilən ödəniş tapşırığında aşağıdakı rekvizitlər mütləq əks etdirilməlidirlər:
Ödəniş tapşırıqları ilə hesablaşmalar "A" və "B" formatlı olur.
" A " formatlı ödəniş tapşırığının "A1" hissəsində emitent (ödəyən) bankın adı, kodu, VÖEN – i, müxbir hesabı, SWIFT BIK kodu, "A2" hissəsində ödəyicinin adı, hesab nömrəsi və VÖEN – i, "B1" hissəsində benefisiar (alan) bankın adı, kodu, VÖEN – i, müxbir hesabın nömrəsi, SWIFT BIK kodu, vasitəçi bankın adı, "B2" hissəsində vəsait alanın adı, hesab nömrəsi, VÖEN – i, "C1" hissəsində ödəniş aparılan valyutanın növü, "C2" hissəsində ödəniş həyata keçirələn məbləğ rəqəmlə və yazı ilə əks etdirilir. Tapşırığın "D1" hissəsində ödənişin təyinatı və əsası, "D2" hissəsində isə ödənişlə əlaqədar əlavə informasiyalar göstərilir. Aşağı hissədə müştərinin 1-ci və 2-ci imzaları, sonra isə bankın icra haqqında qeydləri, 1-ci və 2-ci imzaları əks etdirilir. Bu imzalar müştərinin və bankın möhürləri ilə təsdiq edilir.
Vergilər nazirliyinin Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimata Əlavə № 1 (A formatlı ödəniş tapşırığına nümunə) — http://vn.taxes.gov.az/info/edv.pdf
" B " formatlı ödəniş tapşırıqları ilə hesablaşmalar:
Formatın " Ödəyici üçün " adlı birinci hissəsinin sol sütununda ödəniş tapşırığının nömrəsi, vəsaiti alanın adı, ünvanı, VÖEN – i, ödəniş təyinatı, ödənişin məbləği rəqəmlə və yazı ilə əks etdirilir. Sağ sütununda isə vəsaiti alanın bank rekvizitləri : adı, kodu, VÖEN – i, müxbir hesabı, cari hesabı, ödəyicinin adı, ünvanı, kodu, VÖEN – i və icra haqqında bankın qeydi əks etdirilir.
Formatın " Bank üçün " adlı ikinci hissəsinin sol sütununda ödəniş tapşırığının nömrəsi, ödəyicinin bank hesabının nömrəsi, vəsaiti alanın adı, ünvanı, VÖEN – i, ödənişin təyinatı, ödəmə müddəti, ödənişin məbləği rəqəmlə və yazı ilə əks etdirilir. Sağ sütununda ödəniş tapşırığının tərtib edilmə tarixi, vəsaiti alanın bank rekvizitləri : adı, kodu, VÖEN – i, müxbir hesabı, cari hesabı, ödəyicinin adı, ünvanı, kodu, VÖEN – i, ödəyicinin imzası əks etdirilir. Elə bu yerdə imza möhürlə təsdiqlənir.
Son illərə qədər nağdsız hesablaşmalarda ödəmə tələbnamələri ilə ödənişə üstünlük verilirdi. Belə qayda mal satanın, iş görənin, və xidmət göstərənin diktatını təmin edirdi və sosialist təsərrüfatçılıq və nağdsız hesablaşma prinsiplərinə cavab verirdi.