Bu məqalə Ölçü məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ölçmə-xüsusi texniki vasitələrin köməyi ilə təcrübə yolu ilə fiziki kəmiyyətin qiymətinin tapılmasıdır. Özünün müəyyən inkişaf mərhələsində ölçmələr metrologiyanın əmələ gəlməsinə səbəb olmuşdur. İnsanın hiss orqanlarından istifadəyə əsaslanan ölçmələrə orqanoleptik ölçmələr, intuisiyaya əsaslanan ölçmələrə evristik ölçmələr, xüsusi texniki vasitələrdən istifadəyə əsaslanaraq aparılan ölçmələrə isə aləti ölçmələr deyilir. Aləti ölçmələr avtomatlaşdırılmış və avtomatik olur.
İnsan yüksək təkmilləşmiş "ölçmə vasitəsidir". Lakin ən obyektiv ölçmə insan iştirakı olmadan aparılan ölçmələrdir.
İnsanın hiss orqanlarından istifadəyə əsaslanan ölçmələrə orqanoeleptik ölçmələr deyilir.
İntuisyaya əsaslanan ölçmələrə eviristik ölçmələr deyilir.
Xüsusi texniki vasitələrin köməyi ilə aparılan ölçmələrə aləti ölçmələr deyilir.
Avtomatlaşdırılmış ölçmələr Avtomatlaşdırılmış ölçmələrdə azda olsa insan rolu vardır.
Avtomatik ölçmələr Avtomatik ölçmələr insanın iştirakı olmadan yerinə yetrilir. Bu ölçmənin nəticəsi sənəd formasında verilir və tam obyektiv olur.
Fiziki kəmiyyətin şkalası-dəqiq ölçmələrin nəticələri əsasında fiziki kəmiyyətin qaydaya salınmış qiymətlərinin ardıcıllığıdır. Ölçmə vasitələrinin şkalası-ölçülən kəmiyyətin ardıcıl qiymətəri sırasına uyğun olan işarə və rəqəmlərin məcmusudur. Metrologiyada ölçü şkalalarının beş növü vardır:adların şkalası, cərgə şkalası, intervallar şkalası, nisbətlər şkalası, mütləq şkalalar.
Adların şkalası (təsnifat şkalası) – bu cür şkalalar empirik obyektlərin sinifləşdirilməsi üçün istifadə edilir.
Bu xassələri fiziki kəmiyyət hesab etmək olmaz. Bu növ şkalalar fiziki kəmiyyətlərin şkalası deyildir. Bu cür şkalalarda sıfır və ölçü vahidləri olmur, burada həmçinin "çox-az" tipli münasibətlər yoxdur. Buna misal kimi rənglərin şkalasını (rənglər atlası) göstərmək olar. Burada ölçmə rənglənmiş əşyanı rənglərin nümunələri ilə (rənglər atlasının etalon nümunələri ilə) vizual müqayisə etməklə müəyyən edirlər
Cərgə şkalası (Ranqlar şkalası) – bu şkala vasitəsilə ölçülərin miqdarı haqqında ancaq sistemləşdirilmiş təsəvvür yaradan ən sadə ölçmə (qiymətləndirmə) üsulunda tutuşdurulan ölçülərin bir-birinə nisbəti müəyyənləşdirilir. Baxılan ölçülərin müəyyən ardıcıllıqla (artma və ya azalma qaydası üzrə) düzülmə (yerləşdirilmə) metodu bu ölçülərin ranqlanması adlanır. Məsələn , zəlzələnin intensivliyi 12 ballı beynəlxalq seysmik MCK-64 şkalası üzrə, küləyin gücü isə 12 ballı Bofort şkalası üzrə ölçülür. Ranqlama – ölçülən kəmiyyətin qiymətlərinin artma və ya azalma qaydası üzrə sıraya düzülməsidir.
İntervallar şkalası (fərqlər şkalası) – Tutuşdurulan (müqayisə edilən) ölçülərin fərqini özündə əks etdirən şkalaya intervallar şkalası deyilir. Temperaturun ölçülməsi intervallar şkalası üzrə aparılan ölçmələrə misaldır. Burada ölçü vahidi dərəcədir. Selsi şkalasında hesabatın başlanğıcı kimi suyun kritik donma (buzun ərimə) nöqtəsi qəbul edilmişdir. Bu interval 100 dərəcəyə bölünmüşdür.
Mütləq şkalalar – bu şkalalar nisbətlər şkalasının malik olduğu bütün əlamətləri özündə cəmləşdirən, lakin ölçü vahidlərinin birmənalı təmin edilməsinə imkan verən və qəbul edilmiş ölçü vahidləri sistemindən asılı olmayan şkalalardır. Bu cür şkalalar nisbi kəmiyyətlərə uyğun gəlir, məsələn gücləndirmə əmsalına, zəiflətmə əmsalına və s. Sİ sistemində bir çox törəmə vahidlərin yaradılması üçün mütləq şkalaların ölçüsüz vahidlərindən istifadə edilir.
Adlar və cərgə şkalalarını qeyri-metrik иintervallar və nisbətlər şkalalarını isə metrik (maddi) şkalalar adlandırırlar.