Ömər Bədrəddin Uşaqlı

Ömər Bədrəddin Uşaqlı (1904–1946)—Türkiyə şairi.

Bütün şeir kitablarını bu dövrdə nəşr etdirdi: "Dəniz sərxoşları" (1926), "Yayla dumanı" (1934), "Sarıqız mərmərləri" (1940). Gənclik şeirlərində ümumiyyətlə "Ədəbiyyati-cədidə" və "Fəcri-ati" təsiri görünür. Məmləkət ədəbiyyatı içində isə Şərq və Qərb ədəbiyyatlarının təqlidi əvəzinə yerli, milli bir ədəbiyyat yaradılması gərəyinə inanmış, Yəhya Kamalın düşüncələrindən hərəkətlə məmləkətin içindən, türkün ruhundan doğan bir ədəbiyyatı mənimsəmişdir. Şeirlərində Anadoluya aid müxtəlif görüntüləri sanki birər tablo halında rəsm etmişdir. Məmləkətin gözəlliklərini, insanını gerçək özəlliklərilə deyil, öz duyğu dünyasına və xəyalında qurğuladığı şəklə görə təsvir edir. Məmləkət sevgisi və həsrəti üstün olan motivdir. Məmləkətin çalışdığı, müxtəlif vəsilələrlə getdiyi yörələrini, təbii gözəlliklərini sevgi ilə vəsf edir. Bu arada Türkiyənin fərqli yerlərinin folklor özəlliklərini, özünəxas mədəni zənginliklərini də poeziyasında əks etdirmişdir. Dəniz sevgisini və həsrətini qüvvətli bir şəkildə işləyən şair türk ədəbiyyatında qabaqcıl dəniz şairlərindən biridir. O bir dəniz aşiqidir. Dəniz onda daha çox xəyallarının genişliyini, ruhunun özgürlüyünü və sonsuzluğa açılmasını ifadə edən bir vasitədir.