Ömər Döngəloğlu (türk. Ömer Döngeloğlu; d.1968 Zile, Tokat - 3 may 2020, İstanbul) — Türk ilahiyyatçı, yazıçı, proqram prodüseri və aparıcısı.[3] Kanal 7-də aparıcısı olduğu dini verilişləri ilə tanınır.[4][5] 2020-ci ildə Koronavirüs səbəbindən dünyasını dəyişib.[6]
Ömər Döngəloğlu | |
---|---|
türk. Ömer Döngeloğlu | |
Doğum tarixi | 1968 |
Doğum yeri | |
Vəfat tarixi | 3 may 2020[1] |
Vəfat yeri | |
Vəfat səbəbi | COVID-19[2] |
Vətəndaşlığı | |
omerdongeloglu.com.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
1968-ci ildə Ziledə anadan olan Ömər Döngəloğlu ibtidai təhsilini Zile Altunyurt İbtidai məktəbində, orta təhsilini Zile İmam Hatip liseyində almışdır. Daha sonra Sakarya Universiteti İlahiyyat fakültəsini bitirib. Ərəb və ingilis dillərini yaxşı bilir.[7]
1986-1996-cı illər arasında məmləkəti Tokatda İmam-Hatip kimi işləməyə başladı. Uzun illər dövlət sektorunda müxtəlif inzibati vəzifələrdə çalışan Döngəloğlu illər boyu İslam tarixi və Siyer-i Nebi haqqında araşdırma aparmış, səyahət etmişdir.[8]
3 may 2020-ci ildə tutulduğu koronavirüs xəstəliyi səbəbi ilə müalicəsi aldığı Başakşehir Dövlət Xəstəxanasında vəfat etdi. Ömər Döngəloğlunun cənazəsi Ədirnəqapı şəhidliyində torpağa verildi.[9]