Örək

Örək (Ürək) - türk, tatar və altay xalq inancında yaşayan ölü. İnsanların öldürüldüyü və ya insan qanının axıdıldığı yerdə ortaya çıxdığı deyilər. Daha çox, öldürülən insanların məzarı üstündə rast gəlinir. Örək insanlara zərər verməz, ancaq onun gəzişdiyi görülər, ya da kədərli səslərlə inlədiyi eşidilər. Bu baxımdan xortlaqdan fərqlidir, çünki xortlaq insanlara zərər verə bilər. Öldürülmüş insanların ruhu dinclik tapa bilməz və qatilin ya qapısını çalar və ya pəncərəsini tıklar. Qatil bu səbəblə ağlını itirə bilər. Uzun boylu və zəif olub, kəfənini çıxararkən yalnız üzünü açır. İnsan öldürmənin enində sonunda cəzasız qalmayacağını izah etməkdədir.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Ör/Ür) kökündən törəmişdir. Başıboşluq mənası vardır. Başıboş gəzən heyvan sürülərinə də Ürək deyilir. Yun eğirme vasitəsinə də Ürək deyilir ki, sivriliği ilə əlaqəli ola bilər.

Mənbə[redaktə | mənbəni redaktə et]