Örən iyəsi

Örən iyəsi — türk, tatar, altay və çuvaş mifologiyalarında xaraba ruhu. Ürən iyəsi olaraq da deyilər. Pəg iyəsi, Qıyraqan iyəsi və ya Çaldıbar iyəsi də deyilir. Xarabanın qoruyucu ruhudur. Sivilizasiyanın pozulma sərhədləri olaraq görülər. Ölümlə iç-içə olan və qorxulan yerlərdir. Bu səbəblə eynilə qəbiristanlıqlar kimi ölü sahələr olaraq qəbul edilir. Örən də, bir mənada strukturların ölüləri və onların məzarlarıdır.[1] Buralarda səhərə qədər bilinməyən işıqlar yanar və musiqi səsləri gəlir.

Türk mədəniyyətində örənlər[redaktə | mənbəni redaktə et]

Cin, pəri, məkir, xortlaq, məçkəy kimi adlarla anılan varlıqların gecələri gəzdiklərinə, xoruz səsi ya da səhər azanı duyulur duyulmaz dağılıb, öz məkanlarına çəkildiklərini inanılar.[2] Yaşadıqları bu yerlər isə dəyirmanlar, hamamlar, tərk edilmiş strukturlar, örənlər, qəbiristanlıqlardır. Issız yerləri izah etmək üçün istifadə edilən "in-cin top oynayır" deyimi bu anlayışdan qaynaqlanır. Bundan başqa bu cür yerlərə kimsənin girməyə cəsarət edə bilməyəcəyi düşüncəsi qızıl, xəzinə kimi sərvətlərin basdırılmasına səbəb olmuşdur.[3] Xəzinələrin bir çölmək içində xarabalara və viranələrə basdırılması keçmiş dövrlərdə olduqca məşhur bir vərdiş halına gəlmişdir. Türk xalq inancında "Issız" sözü "Is"ı ("İye"si, yəni qoruyucu ruhu olmayan) yerləri ifadə etməkdə istifadə edilər ki, bu cür yerlərin qoruyucu ruhu olmadığı üçün artıq tamamilə pis varlıqların əlinə keçmişdir. İşdə örənlərin (xaraba və viranələrin) ən təhlükəli olanları da onlardır.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Ör/Ür) kökündən törəmişdir. Köhnə quruluş və ya şəhər qalığı, viranə, xaraba deməkdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) Türk əfsanə sözlüyü Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine  (türk.)
  2. "Adana Halk Kültüründe Albasması Ayşe Başçetinçelik" (PDF). 2014-01-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-01-31.
  3. "Zati Divanında Halk İnanışları, Hakan Yekbaş" (PDF). 2012-11-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-01-31.

Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.