Öresund körpüsü (dan. Øresundsbroen, isv. Öresundsbron) — İsveç və Danimarkanı birləşdirən, Öresund boğazı üzərindən keçən iki zolaqlı dəmir yolu və dörd zolaqlı avtomobil yoluna sahib körpüdür. Körpü həm dəmir yolu, həm də avtomobil nəqliyyatının təmini cəhətdən Avropanın ən böyük birləşik körpüsüdür və Öresund Bölgəsinin iki metropolitan ərazisi olan Danimarkanın paytaxtı Kopenhagen və İsveçin mühüm şəhərlərindən biri olan Malmö şəhərlərini birləşdirir. Avropa Birliyinin E20 beynəlxalq marşrutu burada Oresund Dəmiryolu kimi dənizin ortasında iki zolaqlı avtomobil yolu ilə tunele bağlanır. Öresund körpüsü dünyanın ən böyük transsərhəd körpüsüdür, eyni zamanda o özəl təşəbbüslə tikilən və idarə olunan ən böyük körpüdür.[1]
Öresund körpüsü | |
---|---|
Øresundsbroen | |
55°34′35″ şm. e. 12°49′17″ ş. u. | |
Keçid | Öresund |
Material | polad, armaturlanmış beton |
Uzunluğu |
|
Eni | 23,5 m |
Hündürlüyü | 204 m |
Açılışı | 1 iyul 2000 |
Vikianbarda əlaqəli mediafayllar |