Örnək (nüsxə)(ing. instance ~ ru. экземпляр ~ tr. örnek) – obyekt-yönlü proqramlaşdırmada: verilmiş sinfin obyektlər çoxluğu içərisində konkret obyekt; məsələn, List sinifinin mylist obyekti yaradılarkən (yəni onun üçün yaddaş ayrılarkən) List sinfinin örnəyi (nüsxəsi) əmələ gəlir. Sistemdə, adətən, müxtəlif obyektlərin çoxlu nüsxələri fəaliyyət göstərir. Bir sinfin bütün nüsxələri eyni əməliyyatlar toplusuna sahib olur.
Bu məqalə qaralama halındadır. |