Örnəkləmə

Örnəkləmə (sampling) –verilənlərin müəyyən mənbədən seçilməsi (arıdılması) prosesi. Statistikada: örnəkləmə, böyük qrupun (çoxluğun) göstərilmiş altçoxluğundan verilənlərin seçilməsi prosesidir. Analoq siqnalların rəqəmli formata çevrilməsində: örnəkləmə, müəyyən parametrin, məsələn, temperatur sensorundan, yaxud mikrofondan siqnalın qiymətlərinin dönəmli ölçülməsi və yazılması. Kompüterlərdə, adətən, gərginliklə ifadə olunan analoq siqnalların kompüterin işləyə bildiyi ikilik formaya çevrilməsində analoq-rəqəm çeviricilərdən istifadə olunur. Belə örnəkləmənin iki başlıca xarakteristikası: örnəkləmə sürəti (adətən, bir saniyədəki örnəkləmələrin sayıyla ifadə olunur) və örnəkləmə dəqiqliyidir (bitlə ifadə olunur; məsələn, 8-bitli örnəkləmələr giriş gərginliyini ölçmə aralığının 1/256 dəqiqliyi ilə ölçə bilər).

  • Örnəkləmə sürəti (sampling rate)– fiziki kəmiyyətin, məsələn, səsin dəyişmə tezliyi. Örnəkləmə sürəti nə qədər böyük olarsa, orijinal siqnalı da rəqəmləşdirilmiş şəkildə bir o qədər dəqiq vermək olar.
  • Örnəkləmə sintezatoru (sampling synthesizer) – yalnızca oxunabilən yaddaşa (ROM) yazılmış rəqəmləşdirilmiş səsi səsləndirmək üçün qurğu; məsələn, pianinoda ifa olunmuş, rəqəmləşdirilmiş və yaddaşa yazılmış musiqini sintezator pianino melodiyalarının səslənməsinə bənzər başqa melodiyaların yaradılması üçün istifadə edir.


Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.