Ötüğ

Ötüğ - türk və altay xalq mədəniyyətində dua. Yaxarma, tanrıya yalvarma, diləmə, istəmə. Ən sadə olaraq, bir şeyin reallaşmasını və pis vəziyyətlərdən qorunmağı Tanrıdan istəməkdir. Ötümək (Ötüğmək, Ötükmək) "dua etmək" feli ilə də istifadə edilər. Söz, Öt/Öd kökündən törəmişdir. Zaman, zamanın keçişi və yaxarmaq mənalarını ehtiva edər. Ahəngli səs çıxarmaq mənası vardır.

Sax və ya Sah türk və yakut xalq inancında və sibir şamanizmində ayinlərdə və dualarda istifadə edilən bir sözdür. "Amin" mənasını verər. Sak və yaSag olaraq da deyilər. Qədim türkcədə və yakutcada Tanrı mənasında istifadə edilmiştir. Daha sonra isə duaların sonunda "Tanrı qəbul etsin" mənasında təkrarlanılan bir söz halına çevrilmişdir. Sözdə, diqqətlilik, tədbir, möhkəmlik və sağlamlıq mənaları vardır. Monqol sahıh sözü qorumaq mənası daşıyır. Türkcədəki "saxlamaq" feli ilə eyni kökdən gəlir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]