Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Özünüqəbuletmə, özünü qəbul etməkdir.
Özünüqəbuletmə aşağıdakı kimi tərif edilə bilər:
Shepard-a (1979) görə, özünü qəbul etmək bir insanın özündən razı qalması və ya xoşbəxt olmasıdır və yaxşı ruhi sağlamlıq üçün vacib olduğu kimi başa düşülür. Özünüqəbul özünü dərk etməyi, subyektiv də olsa real, güclü və zəif tərəflərini bilməyi əhatə edir. Bir fərdin özü haqqında "bənzərsiz dəyərlərə" malik olması hissi ilə nəticələnir.
Klinik psixologiya və pozitiv psixologiyada, özünü qəbul etmə dəyişikliklərin baş verməsi üçün əsas şərtdir. İnsanın qüsurlarını tənqid etməyi və həll etməyi dayandıraraq, sonra öz daxilində onların mövcud olduğunu qəbul etməklə əldə edilə bilər. Bu özünün bəzi cəhətlərdə qüsurlu olmasına dözümlü yanaşmaqdır.
Bəziləri şərti və şərtsiz özünüqəbuletmə fərqləndirir.
Özünüqəbuletmə, Carol D. Ryff-in eudaimonik rifah üçün strukturundakı altı amildən biridir.
Özünüqəbuletmədə yüksək nəticə əldə edən şəxs:
Keçmişdə özünüqəbuletmə praktikası yunanlar tərəfindən mühakimə edilirdi. Bununla yanaşı, "mənlik" haqqında bilmək və anlamaq ehtiyacı aşağıdakı bir neçə psixoloji nəzəriyyədə vacib və əsas məqam oldu:
Buna əlavə olaraq, Erikson və Neugarten'in ömür boyu nəzəriyyələrində keçmiş həyatı da daxil olmaqla özünüqəbuletmənin vacibliyi qeyd edilir və Carl Jung'un fərdləşmə prosesi, həmçinin insanın özünün qaranlıq tərəfləri(ya da " kölgəsi ") ilə barışmağı vurğulayır.
Müsbət psixologiyaya gəldikdə, özünüqəbuletmə eudaimonik rifahın (eudaimonic well-being — EWB) bir hissəsi kimi psixoloji rifahın göstəricisi və ölçüsüdür. Məsələn, fərdi psixologiyanın qurucusu Alfred Adler, özünü keyfiyyətsiz hesab edən insanların başqalarını da dəyərdən saldığını müşahidə etdiyini söylədi.
Özünü qəbul etmənin bəzi psixoloji üstünlükləri arasında əhvali-ruhiyyə tənzimlənmələri də daxil olmaqla, depressiv simptomların azalması və müsbət duyğuların artması yer alır. Buna bir nümunə olaraq 2014-cü ildə duyğusal profilləri araşdıran bir araşdırmanı göstərmək olar. Alınan nəticələr onu göstərir ki özünü təsdiq etmiş (digər profillərlə müqayisədə) kateqoriyasına daxil olan şəxslərin Ryff'un evdimonik rifah ölçülərinin bütün parametrlərinə görə daha yüksək bal toplamağa meyllidir (özünü qəbul etmə də daxil olmaqla). Bununla yanaşı, özünü qəbul etmək (və ətraf mühitə yiyələnmək) bütün duyğusal profillərdə həyatda xüsusi və əhəmiyyətli dərəcədə harmoniyadan xəbər verirdi.
Digər psixoloji üstünlüklərə aşağıdakılar daxildir:
Özünüqəbuletmə yaxşı ruhi sağlamlıq üçün vacib olduğu düşünülür.
Psixoloji faydalara əlavə olaraq, özünüzü qəbul etməyin fiziki faydaları da ola bilər. Məsələn, 2008-ci ildə aparılmış bir araşdırmanın nəticələri, ətraf mühitin mənimsənilməsi, ətrafdakılarla müsbət münasibətləri və özünüqəbuletməsi daha yüksək səviyyədə olan yaşlı qadınların qlükoza səviyyələri / insulin dirənci göstəricisi olan qlikosilatlı hemoglobin səviyyəsinin aşağı olduğunu göstərdi.