Özbəkistanda fahişəlik

Özbəkistanda fahişəlik qeyri qanuni olsa da geniş yayılıb[1], xüsusən Səmərqənd[2], Fərqanə[3] və paytaxt Daşkənddə[4]. Sovet İttifaqı dağılandan bəri ölkədə fahişəlik xeyli artmışdır.[5] UNAIDS hesablamalarına görə ölkədə 22 min seks işçisi var.[6] Özbəkistanda bir çox qadın yoxsulluq üzündən fahişəliklə məşğul olmağa məcbur qalır.[2][3]

Özbəkistan Hindistandan olan kişilər üçün seks turizmi yeridir.[4][7]

HİV[redaktə | mənbəni redaktə et]

HİV ölkədə problemlərdən biridir, ancaq real vəziyyət haqqında məlumat çox deyil, çünki hökumət bu problemi kiçiltmək üçün rəqəmləri düzəldir.[8] Fahişələr yüksək risk qrupuna daxildilər və onları HİV infeksiyasının artmasında günahlandırılar.[5][9] 2004-cü ildə ölkədə qeydə alınmış 11,000 HİV xəstələrin 20%-i seks işçiləri idi.[5]

Müştərilər prezervativ istifadə etməyə meylsizdilər.[3][5] UNAIDS hesab edir ki, pullu seks zamanı halların yalnız 50%-ində prezervatlərdən istifadə olunur.[10]

2016-cı ilin hesablamalarına görə, seks işçiləri arasında HİV-in yayılması 2,9% təşkil etmişdir.[11]

Cinsi alver[redaktə | mənbəni redaktə et]

Özbəkistan, cinsi alverə məruz qalan qadınlar və uşaqlar üçün mənşə və təyinat ölkəsidir. Özbək qadınları və uşaqları Yaxın Şərqdə, Avrasiya və Asiyada, habelə yerli olaraq fahişəxana, klub və fərdi yaşayış yerlərində.cinsi alverə məruz qalırlar,[12]

Cinayət Məcəlləsinin 135-ci bölməsi həm cinsi alveri, həm də məcburi əməyi qadağan edir, buna görə üç ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub. Hökumət, 2016-cı ildə araşdırılan 250 cinayətin cinsi istismarla əlaqəli olduğunu bildirmişdir.[12]

ABŞ Dövlət Departamentinin İnsan Alverinə Qarşı Mübarizə və Müqavimət İdarəsi Özbəkistanı “2-ci səviyyəli yoxlama siyahısı” kimi təsnif edir, çünki ölkə hökuməti insan alverinə qarşı mübarizə standartlarına tam cavab vermir.[13]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "The Legal Status of Prostitution by Country". ChartsBin (ingilis). 31 December 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 January 2018.
  2. 1 2 "Uzbekistan: Sex Trade on the Rise". Institute for War & Peace Reporting (ingilis). 2005-02-21. 2014-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-09.
  3. 1 2 3 "Uzbekistan: Police and Prostitutes in Unholy Alliance". Institute for War & Peace Reporting (ingilis). 2020-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-09.
  4. 1 2 Anjum, Zafar. "Excerpts: Lusty Indian men for "boom boom" in Uzbekistan". Kitaab (ingilis). 5 November 2013. 1 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 January 2018.
  5. 1 2 3 4 "Central Asia: HIV Infections Mount In Uzbekistan As Prostitution Rises (Part 2)". Radio Free Europe/Radio Liberty (ingilis). 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-09.
  6. "Sex workers: Population size estimate - Number, 2016". www.aidsinfoonline.org (ingilis). UNAIDS. 4 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 July 2018.
  7. "Travelling with the Indian sex tourist to Tashkent in search of 'full enjoyment'" (ingilis). 11 December 2014. 1 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 January 2018.
  8. "Uzbekistan: HIV/AIDS Statistics". The BEARR Trust (ingilis). 2012. 1 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 January 2018.
  9. "In-depth: World AIDS Day 2002".|date=|url=http://www.irinnews.org/InDepthMain.aspx?InDepthId=39&ReportId=70957&Country=Yes%7Caccessdate=2011-09-16%7Carchiveurl=https://web.archive.org/web/20081122132842/http://www.irinnews.org/InDepthMain.aspx?InDepthId=39&ReportId=70957&Country=Yes%7Carchivedate=22 November 2018|lang=en}}
  10. "Condom use among sex workers - Percent, 2016". www.aidsinfoonline.org (ingilis). UNAIDS. 22 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 July 2018.
  11. "HIV prevalence amongst sex workers". www.aidsinfoonline.org (ingilis). UNAIDS. 2016. 22 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 July 2018.
  12. 1 2 "Uzbekistan 2017 Trafficking in Persons Report". U.S. Department of State (ingilis). 3 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 January 2018.
  13. "Uzbekistan 2018 Trafficking in Persons Report". U.S. Department of State (ingilis). 1 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2018.