Özbəklərin Xorasana yürüşü (1578)

Özbəklərin Xorasana yürüşüXorasanın 1578-ci ildə özbəklər tərəfindən işğal edilməsi nəzərdə tutulur.

Özbəklərin Xorasana yürüşü
Səfəvi-Şeybani müharibəsi
Tarix 1578
Yeri Xorasan
Səbəbi Xorasan uğrunda iki dövlət arasında mübarizə
Nəticəsi Səfəvilərin qəti qələbəsi
Ərazi dəyişikliyi Xorasan Səfəvi dövlətinin tərkibinə qaldı
Münaqişə tərəfləri

Səfəvilər dövləti

Şeybani xanlığı

Komandan(lar)

Murtuzaqulu xan Pörnək-Türkman

Cəlal xan Özbək

Xorasan uzun müddət idi ki, Şeybanilər dövləti ilə Səfəvi imperiyası arasında münaqişə mənbəyi olaraq qalmaqda idi. 1510-ci ildə baş vermiş Mərv döyüşündə Şah İsmayıl Şeybaniləri məğlub edib bütün Xorasanı ələ keçirsə də, bu torpaqlara özbək yürüşləri sonrakı dövrlərdə də təkrarlanmışdır. Xüsusən Osmanlı imperiyası ilə aramsız müharibələrin getdiyi Şah I Təhmasib dövründə Osmanlı ilə əməkdaşlıq edərək özbəklər Xorasana olan hücumlarını daha da artırmışdılar. Belə mərhələlərdən biri də, 1578-ci ildir. Bu ildə 1555-ci ildə imzalanmış Amasya sülh müqaviləsi ilə dayandırılmış Osmanlı ilə müharibə artıq yenidən başlamışdı. Qərb sərhədləri boyunca Osmanlı ordusu ilə döyüşən Səfəvi imperiyasında 1576-cı ildə I Təhmasibin ölümündən sonra daxili qarışıqlıqlar da artmışdı. Bütün bunları əldə fürsət bilən özbəklər 1578-ci ildə yenidən Xorasana hücum etdilər.[1]

Xorasanın özbəklər tərəfindən işğalı 1578-ci ildə həyata keçirildi. Şeybanilərin Mərvdəki komandanları olan Cəlal xan Özbək Şeybani ordusuna komandanlıq etməkdəydi. I Təhmasib özbəklərə Xorasandakı işğal planlarını geri çəkmək qarşılığında pul təklif etmişdi. Bu pul Şah Təhmasibin ölümündən sonra ödənilmədi və bunu bəhanə edən Cəlal xan Özbək Xorasana yürüş təşkil etdi. Cəlal xanla Səfəvi komandanı Murtazaqulu xan Pörnək-Türkman arasında baş vermiş döyüş nəticəsində özbəklər darmadağın edildi və Cəlal xanın başı kəsildi. Məğlub olan özbəklər öz bölgələrinə geri çəkilməyə məcbur oldular.[2][3]

  1. "Səfəvi-Osmanlı qarşıdurmasının yeni mərhələsi". Siyasət (az.). 3 sentyabr 2015. 30 yanvar 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2018.
  2. Iraj Bashiri. "Beginnings to AD 2000:A Comprehensive Chronology of Central Asia, Afghanistan, and Iran". www.angelfire.com. 2001. 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2022.
  3. "Biography of Abbas I". www.nosabooks.com. 2012. 2022-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2022.