Məlahət Özgü Namal (28 dekabr 1978, Üsküdar, İstanbul ili) — Türkiyənin kino, serial və teatr aktrisası.
Özgü Namal | |
---|---|
türk. Özgü Namal | |
Doğum adı | Məlahət Özgü Namal |
Doğum tarixi | 28 dekabr 1978 (45 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı |
Əhməd Sərdar Oral (e. 2014 ö. 2020) |
Uşağı | 2 |
Partnyorları |
Oqtay Qaynarca (2002–2008) |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1998–2015 2023–h.h |
Təhsili | |
IMDb | ID1031569 |
28 dekabr 1978-ci ildə Üsküdarda anadan olub. Salonikidən olan anası Akile Namal təqaüdçü dövlət qulluqçusu, Makedoniyadan olan atası Kubilay Namal isə təqaüddə olan tacirdir.
1997-ci ildə Masal Real Teatrında uşaq tamaşaları ilə peşəkarcasına fəaliyyətə başlayıb. Namal Üsküdar Cümhuriyyət Liseyini və İstanbul Universiteti Dövlət Konservatoriyası Teatr Fakültəsini bitirib, daha əvvəl Kadıköy Xalq Təhsili Mərkəzində və Müjdat Gezen Teatrında aktyorluq təhsili alıb. Kino və teatr onun ən böyük həvəsi olsa da, fotoqrafiya da hobbiləri arasındadır.
O , Qurdlar Vadisi serialındakı Elif Eylül obrazı ilə məşhurdur.
2005-ci ildə Afife Teatr Mükafatlarında "Kiralık Oyun" adlı tamaşada oynadığı ikinci plan rolu ilə ilin ən uğurlu musiqili-komediya aktrisası mükafatını qazandı. 2009-cu ildə yayıma başlayan və 2011-ci ildə finala çıxan Hanımın Çiftliği serialında baş rolu Mehmet Aslantuğla paylaşıb. Bundan əlavə, 2006–2010-cu illər arasında 4 il Axess reklamlarında çəkilib.[2]
2015-ci ildən ekranlardan uzaq düşən Özgü Namal son olaraq 2014–2015-ci il mövsümündə "Yetenek Sizsiniz Türkiye" proqramının münsiflər heyətinin üzvü olub.
2002–2008-ci illər arasında aktyor Oktay Kaynarca ilə eşq macərası yaşayıb. O, 2014-cü ildə Ahmet Serdar Oral ilə ailə qurub, 2 övladı var.[3] 6 oktyabr 2020-ci ildə həyat yoldaşı infarktdan ölüb.[4]
İl | İstehsal | Rol | Qeydlər və mükafatlar |
---|---|---|---|
1998 | Bizi bağışlayın müəllim | Nehir | Teleserial |
İkinci bahar | Şagird | ||
1999 | Kərəm | Ayla | |
2000 | Karate can | Zeliha | |
Fosforlu cəvriyə | Aytən | Televiziya filmi | |
2001 | Yeddi təpə İstanbul | Duru | Teleserial |
Bir filiz var idi | Genç Filiz | ||
Cinlər ilə pərilər | Zeynəb | ||
2002 | Beşi bir yerdə | Ahu | |
Havada bulud | Yorgiya | ||
Sirr uşaqları | Zeynəb | Ankara Beynəlxalq Film Festivalı vəd verən yeni aktrisa mükafatı Sadri Alışık Mükafatları vəd verən yeni aktrisa mükafatı | |
2004 | Həyat Bilgisi | Zuhal Kutluay | Qonaq aktyor, Musiqi və Rəhbər Müəllim, 27-ci bölüm |
Sehr | Sədəf | ||
Anlat İstanbul | Şenay | ||
2005 | Orqanize işlər | Ümid Ocaq | |
2003–2005 | Qurdlar Vadisi | Elif Eylül | Teleserial Ağ mirvari televiziya mükafatları |
2006 | Balam | Emel Erter | Teleserial |
Beynelmilel | Güləndam | Beynəlxalq İstanbul Film Festivalı ən yaxşı qadın oyunçu mükafatı | |
Polis | Funda | ||
Böyük başlar | |||
2007 | Sehrli oyuncaqçı | Türkcə səsləndirmə | |
Bratz | |||
Xoşbəxtlik | Məryəm | Antalya Qızıl Portağal Film Festivalı ən yaxşı qadın oyunçu mükafatı Yeşilçam Mükafatları ən yaxşı qadın oyunçu mükafatı Pune Beynəlxalq Film Festivalı ən yaxşı beynəlxalq aktrisa mükafatı Nominasiya — Ekran Yazıçıları Gildiyası Mükafatları ən yaxşı aktrisa | |
2008 | Harada qalmışdıq | Qonaq oyunçu | Teleserial |
Günəşin oğlu | Şule | ||
İncir dənəsi | Heda | ||
Böyük başlar | Özgü | ||
O… uşaqları | Dona | Nominasiya — Yeşilçam Mükafatları ən yaxşı qadın oyunçu mükafatı | |
Mənim anam bir mələk | Durusu can | Teleserial | |
2009 | Məsumlar | Zeynəb | |
2009–2011 | Xanımın ferması | Güllü/Sərab | Teleserial İsmail Cem Televiziya Mükafatları ən yaxşı qadın oyunçu mükafatı (Dram) |
2012 | Tünd qırmızı | Ümid | Teleserial |
2013–2014 | Mərhəmət | Narin | Teleserial Bilkent Televiziya Mükafatları Dram Serialında ən yaxşı qadın oyunçuAydın Universiteti ilin ən yaxşı qadın oyunçusu |
2013 | Bu işdə bir yalnızlıq var | Ayşə | Film |
2014–2015 | İstedad sizsiniz Türkiyə | Özü | Televiziya şousu (münsif) |