III Dünya Müharibəsi, dünya ölkələri arasındakı III qlobal konflikt. Müharibəyə dönəmin böyük gücləri olan Rusiya, Amerika, Çin və Azərbaycan, Ermənistan, Ukrayna, İsrail, Fələstin və Türkiyə kimi dünya ölkələrinin böyük bir hissəsinin qatılması gözlənilir. Müharibə dövründə əsasən 2 blokun (NATO Üzv. və əvvəlki SSRİ üzvü olan dövlətlər) qarşılaşması gözlənilir. Bundan əlavə ərəb dünyasında da böyük dəyişikliklər təxmin edilir. 50-dən çox ölkədən gələn 180 milyondan çox şəxsin birbaşa qatıldığı bu topyekun müharibədə insanlığı nəyin gözlədiyi dəqiq deyil. 130-155 milyon təxmini ölümlə nəticələnəcəyi düşünülür. II Dünya Müharibəsi insanlıq tarixindəki ən ölümcül müharibə idi və üçüncü müharibədə də əvvəlkinin ən azı iki, hətta üç qatı qədər insan tələfatı gözlənilir.
Üçüncü dünya müharibəsi — dünyanın müxtəlif yerlərində baş verən konfliktlərin dəhşətli yeni müharibəyə səbəb olacağını bildirmək üçün istifadə olunan siyasi termin. Ən çox önə sürülən senariyə görə, superqüvvələr - Amerika Birləşmiş Ştatları(ABŞ) və Sovet Sosialist Respublikaları İttifaqı(SSRİ artıq süqut edib) arasında baş verəcək nüvə müharibəsidir və bu mövzuda bir çox kitab, film, televiziya layihələri, video oyunlar hazırlanmışdır.
Ancaq bəzi yazıçılar bu termini Soyuq müharibənin digər adı olaraq işlədirlər.
Birinci Dünya Müharibəsinin (1914-1918) "bütün müharibələri sonlandırmaq üçün müharibə" kimi hesab edilməsinə baxmayaraq, İkinci Dünya Müharibəsi, Soyuq müharibə(1947-1990) və nüvə silahlarının istifadəsi üçüncü qlobal konfliktin baş verməsini daha da real etdi.