Üç əsas rəng — 1756-cı ildə görkəmli rus alimi Mixail Vasilyeviç Lomonosov ilk dəfə fikir yürütmüşdür ki, təbiətdə hər hansı bir rəngi yaratmaq üçün 3 əsas rəngi (göy, qırmızı, yaşıl) müəyyən nisbətlə qarışdırmaq kifayətdir. Təsvirlərin kompüter kodlaşdırılması rəngin 3 komponentlik nəzəriyyəsinin əsasında qurulmuşdur. Görmə zamanı rənglərin müxtəlifliyinin hiss edilməsini insanın əsəb sistemində 3 tip oyanışın kombinasiyalarının müxtəlifliyi ilə izah etmək olar. Bir çox təsvirin emalı proqramlarında HSV (hue – rəng keyfiyyəti, saturation – dolğunluq, value – həcm, parlaqlıq) və CMYK (cyan – mavi, magenta – yasəmən, yellow – sarı) kodlaşma sxemlərindən də istifadə olunur.