Üç Qarantiya Ordusu

Mexiko Şəhəri'ndəki Dövlətin Ümumi Arxivində göstərilən Üç Qarantiya Ordusunun bayrağı.

Üç Qarantiya Ordusu — (isp. Ejercito Trigarante və ya isp. Ejercito de las Tres Garantías) Meksika istiqlal müharibəsinin sonunda, Üç Qarantiya Ordusu, Avqustin de İturbide rəhbərliyindəki İspan birliklərinin birləşdirilməsindən sonra orduya verilən ad. Ordu, Meksikanın Visente Querrero üsyançı birlikləri, Meksikanın İspanyadan müstəqilliyini sağlamlaştırdı. Bu ordunu təşkil edən fərman, müdafiəsi nəzərdə tutulan üç zəmanəti dilə gətirən Plan de Iguala (azərb. İquala planı‎) yarandı. Onların şüarı din, müstəqillik və birlik idi. Ordunun məqsədi Meksika müstəqilliyini, İspaniyadan bir katolik dövlət kimi əldə etməsi və düşmənlərinə qarşı ordularını birləşdirməsi idi.

Üç Qarantiya Ordusu, 1821-ci ilin 24 fevralında qurulmuşdur. Ordu, Meksikanın müstəqilliyi qəbul etməyən İspan royalist qoşunları ilə döüşürdü. Bu döyüşlər, İturbide və İspaniya viseroyu Xuan de Odonojunun rəhbərliyində idi. Döyüşlər 1821-ci ilin avqust ayında, Meksikaya müstəqillik verən Kordoba müqaviləsini imzalanmasına qədər davam etmişdir. Ordu, Azkapotzalko (İndiki Mexiko şəhəri) döyüşündə qələbə çalmışdır. Müharibənin son döyüşündəki zəfər, Mexiko şəhərinin yolunu təmizlədi. 1821-ci ilin sentyabr ayının 27-də Üç Qarantiya Ordusu, İturbide rəhbərliyində Mexiko şəhərinə daxil oldu. Ertəsi gün Meksikanın müstəqilliyi elan edildi. O vaxta qədər Üç Qarantiya Ordusu 7,616 piyada, 7,755 süvari, 763 artilleriya və 68 topdan ibarət idi.

Üç Qarantiya Ordusunun generalları (soldan sağa), Ferdinand Bastinin əsəri.[1] 1- Toribio Kortina 2- Antoniyo Lopez de Santa Anna 3- Melçor Muzquiz 4- Guadalupe Viktoriya 5- Leonardo Bravo 6- Xose Antoniyo de Eçavarri 7- Miguel Barragan 8- Visente Valensiya 9- Ignasiyo Allende 10- Xose Moran i del Villar 11- Laureano Xpse Terán 12- Visente Filisola 13- Mariyano Paredes i Arrillaga 14- Pedro Kelestino Negrete 15- Avqustin de Iturbide 16- Anastasiyo Bustamante 17- Visente Querrero 18- Valentin Kanalizo 19- Xuan Aldama i Gonzales 20- Xaun Xose Minon 21- Nikolas Bravo 22- Frey Luis de Herrera 23- Manuel Rinkon 24- Luis Kortazar Rabago
  1. INEHRM Secretary of the Public Education Arxivləşdirilib 2022-10-04 at the Wayback Machine (İspanca)