Üç dərə SES

Üç dərə (çin. ənən. 三峽, sadə. 三峡, pinyin: Sānxiá, hərfi mənası: "Üç dərə") — Çinin Hubey əyalətində Yantszı çayının üzərində yerləşən su-elektrik stansiyası. Dünyada gücünə görə birinci, hazırlanmasına görə iki ən nəhəng su-elektrik stansiyasından ("İtaypu" SES-i ilə birlikdə) biridir. Ən böyük hidrotexniki qurğulardan biridir[4]. SES Hubey əyalətinin İçan şəhər dairəsində Sandoupin şəhərinin yaxınlığında yerləşmişdir. Bu su anbarının qravitasiya beton bəndi dünyada ən böyük bəndlərdən biridir. Su anbarının tikintisi 1,3 milyon insan sözügedən ərazidən köçürdülmüşdür[5]. Bu su-elektrik stansiyasının sayəsində SES-in aşağı hissəsində yerləşən milyonlarla insan sel təhlükəsindən qorunur.

Üç dərə SES
三峽大壩
三峡大坝
Xəritə
Ümumi məlumatlar
Çay Yantszı
Status istismarda 04.07.2012[1]
Tikilmə tarixi 1992
İstismara verilib 2012
Əsas xüsusiyyətləri
Elektrik enerjisi gücü 18 200 (2009)[2]; 22 500 (2012)[3]
Avadanlıq xüsusiyyətləri
Turbin tipi radial-oxlar
Generatorun gücü 32x700, 2 × 50 MVt
Əsas qurğular
Bənd tipi beton su tullantıları
Bəndin hündürlüyü 185 m
Bəndin uzunluğu 2309 m
Yerləşməsi
30°49′42″ şm. e. 111°00′35″ ş. u.HGYO
Ölkə  ÇXR
Üç dərə SES xəritədə
Üç dərə SES
Üç dərə SES
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumatlar

[redaktə | mənbəni redaktə et]

SES-dəki turbinlərin toplam gücü 15 nüvə reaktorunun istehsal etdiyi elektroenerjini almağa imkan verir. Dünyanın ən böyük SES-inin 32 turbininin toplam istehsal gücü 22,5 milyon kVt-dır. İnşası 2.5 milyard dollara başa gəlmişdir. SES-in tikintisinə 1992-ci ildə başlanılmış və SES 4 iyul 2012-ci il istismara verilmişdir. SES-in su anbarının uzunluğu 600 kilometrdir[1]. Su bəndinin tikintisi nəticəsində:

  • 13 şəhər, 140 qəsəbə və 1300 kənd su altında qalmış, 1,3 milyon insan öz yaşayış yerlərini tərk etməyə məcbur olmuşdur.
  • Çinin 1300 arxeoloji abidəsi məhv edilmiş və ya həmişəlik su altında qalmışdır.
  • Ekoloji dəyişikliklər baş vermiş, əsasən də, bir çox balıq növləri yox olmuşdur.
  • Minlərlə zavod və mədən su altında qalmışdır. Bu isə suya zəhərli maddələrin daxil olmasına şərait yaratmışdır.
  • Su bəndindən aşağıda yaşayan 360 milyondan artıq insan daim ciddi təhlükə altındaqalmışdır.
  1. 1 2 "15 nüvə reaktoru boyda 3 dərə". Milli.Az. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-24.
  2. "Bəndlərin reyestri — SES-in müəyyən edilmiş gücü üzrə təsnifatı". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-24.
  3.  (rus.)Çində "Üç dərə" SES-nin tikintisi bitmişdir Arxivləşdirilib 2014-12-25 at the Wayback Machine
  4. Acker, Fabian. "Taming the Yangtze". IET magazine. 2009-03-02. 2012-02-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-24.
  5.  (rus.)"Üç dərə SES" (rus). 2012-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-25.