Üçatılan romanı — yazıcı İlyas Əfəndiyevin "Üçatılan" romanında bəhs olunan Ərşad və Sərfinaz Qarabulaq (İndiki Füzuli rayonu) rayonunun Kürdmahmudlu kəndində anadan olmuş və yaşamışlar.
"Üçatlan" romanının qəhrəmanı, adı Ərşad kimi qeyd olunan Qayıbov Rəşid Mehti oğlu 1895-ci ildə Kürdmahmudlu kəndində anadan olmuşdur. Atası Mehti Cənubi Azərbaycanda yaşamışdır. Bir gün Mehti yaşlı bir kişinin oturub ağladığını görür. Soruşduqda kişi fars əyalət başçısı Rəhim xanın bacısı oğlunun onun qızını zorladığını deyir. Buna dözməyən Mehti atı minərək Rəhim xanın evinə gedir və Rəhim xanı səsləyərək onu və bacısı oğlunu güllələyərək öldürür. Bundan sonra Mehti qardaşı qaçaq Kərbalayi Əsədlə birlikdə Araz çayını keçərək indiki Füzuli rayon Kürdmahmudlu kəndinə gəlirlər. Uzun müddət qaçaqlıq həyatı yaşadıqdan sonra Kürdmahmudlu kəndində nüfuzlu tayfadan olan Murtuza bəyin bacısı Abutab xanımıa ailə qurur. Həmin nigahdan Əşrəf, Rəşid, Əli, Ayna, Ayulduz və Sərəncam adlı övladları dünyaya gəlir. Rəşid böyüdükdən sonra 1917-ci illərdə ermənilərin Zəngəzur və Qarabağda müsəlman obalarına hücüm edib insanları öldürməsinə dözməyərək əmisi qaçaq Kərbalayi Əsəddən yadigar qalmış Üçatlan tüfəngini götürərək öz dəstəsi ilə ermənilərə qarşı mübarizə aparmağa başlayır. Bir gün eşidir ki, armon və setrax adlı erməni quldurları Sisyan və Gorus rayonları ərazisində azərbaycanlı ailələrə qarşı zülmlər edir, qadınların belinə qaynar samovar bağlayaraq onları yeriməyə məcbur edir,körpə uşaqları və kişiləri tonqalda yandırırlar. Tezliklə Qara Rəşid həmin armon və setrax adlı erməni quldur dəstələrini məhv edib erməni setrax və armonu tutub tonqalda yandıraraq azərbaycanlıların qisasını alır. Bundan sonra ermənilər Qara Rəşidin adını eşidir və müsəlman obalarına hücum etməkdən çəkinirlər.
Görkəmli yazıçı İlyas Əfəndiyev keçmiş SSRİ dövründə çətinliklədə olsa da "Üçatlan " romanını yazır, lakin o vaxtki dövrlə əlaqədar olaraq Qara Rəşidin ( romanda Ərşad) ermənilərə qarşı mübarizəsini tamlığı ilə işıqlandıra bilmir.Qara Rəşid romanda adı Sərfinaz kimi qeyd olunan dayısı qızı Rəbiyyə xanımla ailə qurur və uzun ömür sürürlər.Hər ikisinin məzarı Kürdmahmudlu kəndindədir.
Ədəbiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |