Üçbaşlı qartal, saxa və dolqan folklorunda Öksökö[1][2] (saxa Өксөку) — üç ayrı başa malik qartal ilə təsvir edilmiş mifik və heraldik quş.
Üçbaşlı qartal apokrifik Yezdranın üçüncü kitabında, baş kahin Yezdranın yuxusunda təsvir edilmişdir.
Çeçenistan folklorunda üçbaşlı qartal fiqurları hansısa bir qəhrəman tərəfindən öldürülən düşmən bədheybətlər kimi təsvir edilib.[4] Personaj saxa və dolqan folklorunda "Öksökö" adlanır.[1][2] Evenklərin "Toroqonay" əfsanəsində üçbaşlı qartal baş qəhrəmanın yoldaşı olur.[5]
Üçbaşlı qartal fiquru "Moness kodeksi" (təx. 1300-cü il) əsərində minnesanqer Reynmar fon Tsveterin (təx. 1200–1248-ci illər) gerbində verilib.[6] Konrad Qrünenberqin (1492-ci il) armorialında üç ayrı başa sahib bir Reyxzadlerin təsviri var. Üçbaşlı bir quş fiquru 1530-cu illərdə orta aşağı alman dilində yazılmış "Günəşin parıltısı" əlyazmasında da təsvir edilmişdir.
Rusiya çarı I Mixailin skipetrı üçbaşlı qartal fiquru ilə bəzədilmişdi və dizaynın nümunələri Rusiya simvolikasında istifadə edilir.
1911-ci ildə nəşr edilən "Lado" ədəbi antologiyasındakı ilk əsər Dimirti Verqunun "Slavyan qartalı" (rus. Славянский орел) poemasıdır. Bu poemada başların Rusiyanın yaranmasında böyük rolu olan üç irqi – qərbdəki varyaqlar, şərqdəki türklər və mərkəzdəki slavyanları simvollaşdırır.[7]