Üçbucaq — müstəvinin bir düz xətt üzərində olmayan 3 nöqtəsini (üçbucağın təpələri) cüt-cüt birləşdirən 3 parçası (üçbucağın tərəfləri) ilə hüdüdlanmış hissəsinə deyilir.
Üçbucağın təpələri adətən böyük latın hərfləri ilə (A, B, C), uyğun təpədəki bucaqların dərəcə ölçüsü yunan hərfləri (α,β,γ) ilə, uyğun təpənin qarşısındakı tərəfin uzunluğu isə əlyazma latın hərfləri ilə (a, b, c) işarə olunur.
Evklid həndəsəsində hər bir üçbucaqla bağlı aşağıdakı dörd nöqtə var:
1) Medianların kəsişmə nöqtəsi;
2) Tənbölənlərin kəsişmə nöqtəsi;
3) Tərəflərin orta perpendikulyarlarının kəsişmə nöqtəsi;
4) Hündürlüklərin (və ya onların uzantılarının) kəsişmə nöqtəsi.
1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
2. "Azərbaycan Sovet Ensklopediyası" I-X cild, Bakı 1976-1987.