Üçmüədzin döyüşü — 2 iyul 1804-cü ildə Rusiya-İran müharibəsində (1804-1813) ilk toqquşma.
İrəvan xanlığı ərazisində, Üçmüədzin kəndi (indiki Ermənistanın Eçmiədzin rayonu) yaxınlığında baş verən döyüşdə rus qoşunları məğlub olublar. Bunun ardınca, Qəmərli kəndi yaxınlığında ikinci döyüşdə də məğlub olan ruslar geri çəkiliblər. Lakin 1805-ci ilin əvvəlində, Şəki və Qarabağ xanlıqları istiqamətində yürüşə başlayan ruslar hər iki xanlığı ələ keçiriblər.