Üçrəng gecə şəbpərəsi (lat. Myotis emarginatus) — kiçik ölçüyə malik yarasa olaraq Gecə yarasaları cinsinə aid növdür. Onların çəkisi 5–10 q, uzunluğu 44–55 mm, quyruğun uzunluğu isə 38–44 mm təşkil edir. Qanadlar arasında məsafə 22–28 sm-dir.
Üçrəng gecə şəbpərəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Üçrəng gecə şəbpərəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Şimali Afrikadan Hollandiyaya kimi, Almaniyanın, Çexiyanın və Polşanın cənubuna qədər, Ukraynanın qərbində, Krımda, Qafqazda, İranda, ön və orta Asiyada, Əfqanıstanda və Birmada, Bütün Aralıq dənizi sahili boyunca ərazilərdə yayılmışdır. Azərbaycanda d.s.1000 metrə qədər hündürlükdə bütün təbii bölgələrdə və əsasən ölkənin şimal-qərbində quru və meşə landşaftlarında üstünlük təşkil edir.
80%-ə qədər tapıntı Aran zonalarda və dağətəyi rayonlarda aşkar olunmuşdur. Lənkəranətrafı ərazidə balalayan fərdlərdən ibarət toplantıda 1000-ə yaxın yetkin dişi cins, Mingəçevir ətrafındakı ərazilərdəki meşə mağaralarında isə 500-dən çox fərdə təsadüf edilmişdir. Sığınacaqlar müxtəlifdir. Böyük Qafqazda qədim Daş tikililərdə bu növlə yanaşı, Böyük nalburuna da təsadüf edilir. Mingəçevirin Bozdağ hissəsindəki suyun əmələ gətirdiyi mağaralarda 500-ə yaxın fərd, Lənkəranda məktəd çardağında 1000–1200 fərd aşkar olunmuşdur. Cütləşmə payızda, doğuşlar isə iyun ayının ortalarından iyul ayının əvvəllərinə qədər davam edir. 30–45 gündən sonra doğulmuş gecə şəbpərələri tam sərbəst olurlar. Balalama koloniyası, gecə şəbpərəsi yay sığınacaqlarını atandan sonra, avqust ayında dağılır. Qışlamaları məlum deyildir. Axşam uçuşları tam qaranlıqda baş verir. Müxtəlif senozlarda (yarımsəhra, meşə, bağ, aqrosenoz) qidalanırlar. Qida qalıqlarının əsasını ikiqanadlılar, pulcuqqanadlılar, böcəklər və s. təşkil edir.
Müşahidə olunan sığınacaqlarda bu növün sayı bir neçə fərddən 1000–1200 fərdə qədər olur.
Balalama koloniyasının əlçatan və həcmli sığınacaqlarda məskunlaşması bu növün narahatlığa həssas olmasına və bəzən də heyvanların mənasız vurulmasına gətirib çıxarır. Yarasaların iri yeraltı mağaralarda və tarixi tikililərdə məskunlaşması turizmin və rekreasiyanın inkişafına və turistlərin bu ərazilərə cəlb olunmasına səbəb ola bilər. Eyni zamanda, bu tikililərin və sığınacaqların dağıdılması və rekonstruksiyası, antropogen təsir nəticəsində yaşama, uçma yollarının və qidalanma mühitlərinin tərkibinin dəyişdirilməsi, su hövzələri yanında olan əkin sahələrində zəhərli kimyəvi maddələrin istifadəsi və yuyularaq suya qarışması heyvanların qida və su vasitəsilə zəhərlənməsinə səbəb olur.
Azərbaycanda bu növün yayıldığı bəzi ərazilər BTMİ tərkibinə daxil edilsə də, bu növə xüsusi mühafizə olunan obyekt kimi baxılmır. Bu səbəbdən növün yayılma ərazisini və məlum subpopulyasiyanın ölçülərini təyin etmək vacibdir. Bunun üçün növün populyasiyasının monitorinqini keçirmək lazımdır. Onların Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində (XMOTƏ) mühafizəsini gücləndirmək, sığınacaq və yayıldığı ərazilərin mühafizəsini təşkil etmək, əhalini onların qorunmasına cəlb etmək vacibdir.