Üüreq-Nuur (monq. Үүрэг нуур, Üüreg nuur) Monqolustanın qərb hissəsində yerləşən böyük, axarı olmayan, şor göldür. O, Mərkəzi Asiyada Altay dağlarının şimal şərqində, Böyük Göllər Çökəkliyinin şimal-şərq küncündə yerləşir. Göl şəffaf su ilə seçilir və onun 239 kvadrat kilometr sahəsi, 20 km uzunluğu var. Dəniz səviyyəsindən 1425 m yüksəklikdədi və maksimal dərinliyi 42 m.
Üüreq-Nuur | |
---|---|
monq. Үүрэг нуур | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1425 m |
Eni | 18 km |
Uzunluğu | 20 km |
Sahəsi | 239 km² |
Dərin yeri | 42 m |
Yerləşməsi | |
50°10′ şm. e. 91°00′ ş. u. | |
Ölkə | Monqolustan |
Region |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Monqolustanın Uvs aymagına aid olunur və ölkənin turizm yerlərindən biri sayılır.