Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Abbasov Ülfət Yaqub oğlu 1963-cü il dekabr ayının 27-də Gəncədə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetində təhsil almışdır. Ülfət Abbasov Kənd Təsərrüfatı Akademiyasında uzun illər müəllim işləmişdir.
Ülfət Abbasov | |
---|---|
Ükfət Yaquboğlu Abbasov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə |
Vəfat tarixi | (29 yaşında) |
Vəfat yeri | Sərsəng Su Anbarı |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Gəncə |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Leytenant |
Döyüşlər | Şuşa,Laçın,Cəbrayıl,Laçın və Sərsəng Su Anbarı Qarabağ müharibəsi |
Xocalı soyqırımından sonra könüllü olaraq cəbhəyə yollanan baş leytenant Ülfət Abbasovun ilk döyüşü Şuşa şəhərində olmuşdur. Ağır gedən döyüşlərdə gənc döyüşçü böyük fədakarlıq göstərmişdi. O, döyüşlərin birində mühasirəyə düşdüyü dəstəni böyük atışmadan sonra xilas edə bilmişdi. Xüsusi təyinatlı zenit-raket bölməsinin komandiri kimi Laçın, Cəbrayıl, Ağdərə döyüşlərində fədakarlıq göstərmişdir.
1993-cü il may ayının 13-də Sərsəng Su Anbarı istiqamətində gedən ağır döyüşlərin birində şəhid olmuşdur.[1]