Ülvi Axundlu — Avropa Şurası Baş Katibinin Moldovada xüsusi nümayəndəsi.
Ülvi Axundlu | |
---|---|
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Ülvi Axundlu 2002–2007-ci illərdə ATƏT-in Bakı ofisinin KİV siyasəti məsələləri üzrə müşaviri olub. 2007-ci ildə Strasburqda Avropa Şurası Mərkəzi Aparatına keçirilib və Kommunikasiyalar Departamentində KİV monitorinqi şöbəsinə rəhbərlik edib. 2010-cu ildən AŞ və Aİ-nin Moldovadakı birgə layihələrinə rəhbərlik edib.
2011-ci ildə Avropa Şurasının baş katibi Torborn Yaqland Azərbaycan vətəndaşı Ülvi Axundlunu özünün Moldovada xüsusi nümayəndəsi, qurumun Kişinyov ofisinin rəhbəri təyin edib. Ülvi Axundlu Avropa Şurası strukturlarında bu cür yüksək vəzifəyə təyin edilən ilk Azərbaycan vətəndaşı olub.