Ülviyyə Şamilqızı (Məmmədova) (d. 23 aprel, 1986, Gəncə, Azərbaycan SSR, SSRİ – ö. 24 yanvar, 2018, Həştərxan vilayəti, Rusiya) — Azərbaycan jurnalisti.
Ülviyyə Şamilqızı | |
---|---|
Ülviyyə Şamil qızı Məmmədova | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (31 yaşında) |
Vəfat yeri | Həştərxan vilayəti, Rusiya |
Dəfn yeri | Gəncə, Azərbaycan[1] |
Atası | Şamil Məmmədov |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Jurnalist |
Ülviyyə Şamilqızının atası Şamil Məmmədov Qarabağ müharibəsində 1992-ci il oktyabr ayının 31-də əsgərləri Ağdərə rayonundakı hərbi-hissəyə təhvil verib qayıtmaq tapşırığı alsa da, əsgərləri təhvil verdikdən sonra geri qayıtmayıb. Şəhid hesab olunur.[2]
Ülviyyə Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən "Xalq Cəbhəsi" qəzetində çalışıb.[3] O, 2013-cü il sentyabrın 27-də partiyanın keçirdiyi mitinqdə üzürlü səbəbdən iştirak etmədiyi üçün işdən qovulub.[3]
O, həm də "Report" İnformasiya Agentliyində çalışıb.[1] O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün 2017-ci ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.[1]
2018-ci il yanvarın 23-də Ülviyyə Şamilqızını Rusiyanın Həştərxan vilayətin Trusovsk rayonunda Tambov-Volqoqrad-Həştərxan şosesinin 1378-ci kilometrliyində, Magistral küçəsində 30 yaşlı şəxsin idarə etdiyi "Volkswagen Passat" markalı avtomobil vuraraq öldürüb.[1][4][5]