Ümid (qəzet)

"Ümid"Cənubi Azərbaycanda Məşrutə dövründə nəşr olunmuş qəzetlərdən biri[1].

Ümid
Təsisçi Loğmaniyyə mədrəsəsi

"Ümid" Məşrutə bərqərar edildikdən sonra nəşr edilən ilk qəzetlərdən idi[1]. Qəzet Loğmaniyyə mədrəsəsinin tələbələri tərəfindən Məşrutə dövrünün əvvəllərində nəşr olunmuşdur[1]. Loğmaniyyə mədrəsəsinin 5-6 tələbəsi tərəfindən təsis olunan bu qəzetin nəşri 8 aya yaxın davam etdi[1]. Faydalı və elmi qəzet olan "Ümid"in 1907-ci ilədək 24 nömrəsi çapdan çıxmışdır[1].

Bu həftəlik, şəkil-təsvirli qəzet daşbasma üsulu ilə çap olunur və başlığında aşağıdakı ifadə dərc edilirdi[1]:

"Bu dövlətin və millətin tərəqqisi, elm və maarifin yayılması üçün təsis dilmiş bir qəzetdir".[1]

  1. 1 2 3 4 5 6 7 Pərvanə Məmmədli. Cənubi Azərbaycan mətbuatı tarixi. Arxivləşdirilib 2019-03-27 at the Wayback Machine Bakı: "Elm", 2009, səh. 46.  (az.)