Ümumdünya İslam Konqresi (qısaca ÜİK) (ərəbcə - Mütamər əl-aləm əl-islami - hərfi mənada İslam Dünyası Konqresi) - beynəlxalq islam təşkilatlarının ən qocamanıdır. ÜİK 1926-cı ildə Səudiyyə Ərəbistanı kralının təşəbbüsü ilə yaradılmışdır, lakin geniş fəaliyyətə ancaq 1949-cu ildə Kəraçidə keçirilən konfransdan sonra başlamışdır. 36 dövlətin nümayəndələrini birləşdirir. Konqresin fəaliyyətinə hər il müsəlmanların Məkkə ziyarəti başa çatdıqdan sonra toplaşan ali şura rəhbərlik edir. ÜİK bir sıra tədqiqat mərkəzləri vasitəsilə islam tarixi, müsəlman ehkamçılığı, fəlsəfə sahəsində tədqiqatlara rəhbərlik edir. İslam mövzusunda nəşrlər (o cümlədən Müsəlman aləmi jurnalını) buraxır. İslamın səsi verilişlərini təşkil edir.