Ümumdünya Meteorologiya Təşkilatı

Ümumdünya Meteorologiya TəşkilatıBMT-nin meteorologiya sahəsində ixtisaslaşmış hökumətlərarası qurumudur. Azərbaycan 27 dekabr 1993-cü il tarixindən etibarən ÜMT-nin üzvüdür.[4] 1950-ci ildə yaradılmışdır. O, BMT-nin Yer atmosferinin vəziyyətini və okeanlarla qarşılıqlı əlaqəsini izləmək üçün səlahiyyətli orqandır. ÜMT-nin mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərindədir. Ümumdünya Meteorologiya Təşkilatının yaradılması haqqında Konvensiyanın qüvvəyə mindiyi gün, martın 23-ü Ümumdünya Meteorologiya Günü qeyd olunur.[5]

Ümumdünya Meteorologiya Təşkilatı
WMO
World Meteorological Organization
Loqonun şəkli
Növü təşkilat
Yaranma tarixi 1950
Mərkəzi Cenevrə
İsveçrə İsveçrə
Sədr Prezident
Gerhard Adrian[1]
Almaniya Almaniya
Baş katib
Petteri Taalas[2]
Finlandiya Finlandiya
Üzvləri 193[3]
wmo.int
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hava, iqlim və su dövranı milli sərhədlərlə müəyyən edilmədiyinə görə, qlobal miqyasda beynəlxalq əməkdaşlıq meteorologiya və hidrologiyanın inkişafı və onların tətbiqindən əldə edilən fayda üçün mühüm əhəmiyyət kəsb edir. Ümumdünya Meteorologiya Təşkilatı belə beynəlxalq əməkdaşlığın əsasını yaradır.

Yarandığı gündən Ümumdünya Meteorologiya Təşkilatı bütün bəşəriyyətin təhlükəsizliyinin və rifahının təşviqində mühüm rol oynayır.

Milli Meteoroloji və Hidroloji Xidmətlər, Ümumdünya Meteorologiya Təşkilatının rəhbərliyi və proqramları çərçivəsində həyatın və əmlakın təbii fəlakətlərdən qorunmasına, ətraf mühitin qorunmasına və cəmiyyətin bütün təbəqələrinin ərzaq təhlükəsizliyi, su ehtiyatları və nəqliyyat kimi sahələrdə iqtisadi və sosial rifahının qorunmasına və gücləndirilməsinə mühüm töhfə verir.

Ümumdünya Meteorologiya Təşkilatı meteoroloji, klimatoloji, hidroloji və geofiziki müşahidələr üçün şəbəkələrin yaradılmasında, həmçinin müvafiq məlumatların mübadiləsi, emalı və standartlaşdırılması sahəsində əməkdaşlığı təşviq edir və texnologiyanın ötürülməsi, kadr hazırlığı və tədqiqat işlərinə kömək edir.

O, həmçinin üzvlərinin Milli Meteorologiya və Hidroloji Xidmətləri arasında əməkdaşlığını və kənd təsərrüfatı, aviasiya, gəmiçilik, ətraf mühitin mühafizəsi, suyun mühafizəsi və təbii fəlakətlərin nəticəsinin yumşaldılması sahələrində meteorologiyanın tətbiqini təşviq edir.


Ümumdünya Meteorologiya Təşkilatı ictimai təhlükəsizlik və mühafizə, iqtisadi rifah və ətraf mühitin mühafizəsi ilə bağlı məsələlər üzrə real və ya demək olar ki real vaxt rejimində verilənlərin və məlumatların sərbəst və məhdudiyyətsiz mübadiləsini təşviq edir.

O, bu sahələrdə milli və beynəlxalq səviyyədə siyasətin inkişafına töhfə verir.

Bütün təbii fəlakətlərin demək olar ki, 90%-ni təşkil edən hava, iqlim və su ilə bağlı dəqiq vəziyyətlərdə ÜMT-nin proqramları insanların həyatını xilas edən və əmlaka və ətraf mühitə dəyən zərəri azaldan mühüm xəbərdarlıq məlumatları təqdim edir.

Ümumdünya Meteorologiya Təşkilatı həmçinin insan fəaliyyətinin, texnogen fəlakətlərin (kimyəvi və nüvə qəzaları ilə bağlı olanlar), meşə yanğınlarının və vulkanik külün təsirini azaltmağa kömək edir.


Ümumdünya Meteorologiya Təşkilatı öz proqramları vasitəsilə ətraf mühitin monitorinqi və qorunması üzrə beynəlxalq səylərdə aparıcı rol oynayır.

BMT-nin digər agentlikləri və milli meteoroloji və hidroloji xidmətlərlə əməkdaşlıqda Ümumdünya Meteorologiya Təşkilatı bir sıra ekoloji konvensiyaların həyata keçirilməsini təşviq edir və hökumətlərə müvafiq məsələlər üzrə məsləhət və qiymətləndirmələrin verilməsində mühüm rol oynayır.

Bu tədbirlər davamlı inkişafın və xalqların rifahının təmin edilməsinə töhfədir.

  1. "Arxivlənmiş surət". 2019-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-16.
  2. "Arxivlənmiş surət". 2020-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-16.
  3. "Arxivlənmiş surət". 2018-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-16.
  4. "Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT)". www.mfa.gov.az. 27 May 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 may 2021.
  5. "Всемирный метеорологический день. Справка" (rus). eco.rian.ru. 2012-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-21.