Ümumdünya Statistika Günü — Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 64/267 nömrəli qətnaməsinə əsasən 20 oktyabrda qeyd olunan beynəlxalq bayram. Bu bayram hər 5 ildən bir qeyd edilir.[1]
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 64/267 nömrəli qətnaməni qəbul etməklə etibarlı statistika məlumatlarının hazırlanmasında milli statistika təşkilatlarının fundamental əhəmiyyətini təsdiq edib. 2010-cu ildə onun "Rəsmi statistikanın bir çox nailiyyətlərinin bayram edilməsi" mövzusu üzrə keçirilməsi qərara alınıb[2].