Ümumdünya Turizm Agentlikləri Federasiyası

Ümumdünya Turizm Agentlikləri Federasiyası - seçilmiş səyahət agentliklərinin qarşılıqlı əməkdaşlıq və qlobal şəbəkə vasitəsilə üzv agentlərin peşəkarlıq və gəlirliliyinin artırılması məqsədilə yaradılmış beynəlxalq turizm təşkilatı.

Ümumdünya Turizm Agentlikləri Federasiyası
WATA
World Association of Travel Agencies
Yaranma tarixi 5 may 1949[1]
Mərkəzi La Rippe, İsveçrə
Sədr Moris Kohen Kasar[2]
wata.net

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

1949-cu ildə təsis edilmişdir. Mənzil qərargahı Cenevrədədir (İsveçrə).

Təşkilatın əsas məqsədi

[redaktə | mənbəni redaktə et]

Bu təşkilatın üzvlərinin iqtisadi maraqlarının müdafiəsinə təminatlı xidmət və informasiya verməklə yardım etmək, işgüzar əlaqələr yaratmaq, bronlaşdırma sistemini sadələşdirmək və əməliyyatlara görə mükafatlandırmanın təminatlı strukturunu təşkil etmək; mərkəzləşdirilmiş sənədləşdirmə və reklam fəaliyyəti sisteminin inkişafına kömək etmək.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "WATA HISTORY". Wata. 2020-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2017.
  2. "WATA structure". Wata. 2020-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2017.
  3. Məmmədov.C.A, Soltanova.H.B, Rəhimov.S.H Beynəlxaql turizmin coğrafiyası, Bakı 2002