Ümumdünya solaxaylar günü

Onlar sol əllə yeyir, sol əllə iş görür, elə həmin əllə də yazırlar. Müasir cəmiyyət onları «solaxay» adlandırıb, buna o qədər də əhəmiyyət verməsə də, qədim Romada bu cür insanları «sinister», yəni «pislik», Orta əsrin kilsə xadimləri isə solaxayları «şeytan» adlandıraraq, yandırırdılar. Qədimdə sol əllə işləyən insanı məhkəməyə verib, şeytanın onun əlinə vergi verdiyini deyirdilər. Amma bu günün araşdırmaları göstərir ki, solaxayların bilik və bacarığı, informasiyanı qəbuletmə və pulqazanma qabiliyyəti normal insanlardan daha yüksəkdir. 

Alimlər solaxaylar və normal insanlardan ibarət iki qrup yığıb, onlara müxtəlif işlər tapşırdılar. Solaxaylar digər qrupa nisbətən, daha yaxşı sürücülük edib, yemək bişirib, təmir işlərini uğurla bitirərək, daha yaxşı nəticə göstərdilər. Elə Avstraliya alimlərinin son araşdırmaları da onu göstərir ki, dünyanın ən yaxşı və zəhimli idarəçiləri solaxaydır. Solaxaylıq daha çox kişilərdə müşahidə olunur. Onların da 53%-i rəssam, idmançı, aktyor, yazıçı və ya musiqiçi olur.  

Dünyada 2-8% solaxay yaşayır. 90-91% insan normal, qalanları isə ambidekserdir. Bu cür insanlar hər iki əli ilə də normal işləyirlər.  Solaxaylar adi insanlara nisbətən, 13-21% daha çox qazanırlar. 

Solaxaylar haqqında faktlar

[redaktə | mənbəni redaktə et]

•Solaxay insan qarşısındakı məsələyə daha tez cavab tapır. •Solaxaylıq genlə gəlir.  •Onların çoxu şizofreniyadan əziyyət çəkir. •Solaxaylarda hətta psixi problemlər də başqa cür müalicə olunur. Şizofrenik insana uzun müddət dərmanların təsiri olmur.  •Solaxay kişilər qadınlara nisbətən, daha çox psixoloji sarsıntı keçirir.  •Bəzi solaxay kişilər isə alkoqolizmin qurbanı olurlar.  •Solaxaylıq daha çox homoseksual insanlar arasında müşahidə olunur.   •Solaxayların nitqində qəribəlik hiss olunur.  •Solaxay uşaqlar tərs olurlar. 

Adi insanların saçı saat əqrəbi, solaxayların tükləri isə saat əqrəbinin əksi istiqamətində bitir.  •Şimpazelərin 2/3 hissəsi, pişiklərin çoxu, siçanların 44%-i, ayıların 28%-i  solaxaydır.  •Osminoqun 8 ayağı olmasına baxmayaraq, o, ovunu bircə, sol əli ilə tutur. Onların 92%-i sağ gözünü yumub, sol gözü ilə baxır.  •Sol əli ilə döyüşən idmançı çox zaman qalib gəlir.  •13 avqust Beynəlxalq solaxaylar günüdür. Son 10 ildə yer üzündə solaxayların sayı 3-4 dəfə artıb. 

Dünya solaxayların gözündə

[redaktə | mənbəni redaktə et]

Britaniyanın Birmingem Universitetinin psixoloqları bu fenomenin daha yeni bir xüsusiyyətini araşdırıblar. İnsan beyninin sağ yarımkürəsi konkret olaraq, iybilmə, rəng və görmə qabiliyyətinə cavab verir. Sol yarımkürəcik isə nitq, oxu, fəlsəfi, analitik və riyazi funksiyalarına cavab verir. Beynin sağ yarımkürəciyi bədənin sol hissəsini, sol yarımkürəciyi isə sağ hissəni idarə edir. Solaxaylarda isə sağ yarımkürəcik aktiv inkişaf etdiyindən onlar həyatı obrazlı şəkildə duyurlar.   Ona görə də alimlər belə bir araşdırma aparıblar: solaxaya şəkil göstərəndə, onun beyninin sağ yarımkürəsinin fəaliyyətini siqnallar vasitəsilə zəiflədəndə, bu zaman solaxay fikrini şəkilə və onun detallarına cəmləyə bilmir.

Solaxaylar necə yaşayır

[redaktə | mənbəni redaktə et]

Tam sağ əllə işləyən insanlar (bunlar çox azdır) problemləri analitik, düşünülmüş şəkildə, şəxsi təcrübəsinə əsaslanaraq həll edirlər. İmzaları isə normaldır.  Solaxaylar (bunlar da çox azdır) dünyanı daha aydın, obrazlı şəkildə, hissiyyatla, emosional şəkildə dərk edirlər. Problemləri intuisiyalarına görə həll edir, bunun səbəbini isə heç cür açıqlaya bilmirlər. Ona görə də adi insanlar solaxaylara etibar etmir, onların hərəkətlərini psixi pozğunluq kimi qiymətləndirirlər. Solaxayların imzaları isə əfvallarından asılıdır. Solaxaylar tez yorulduqları üçün yazmağı və oxumağı xoşlamırlar. Ona görə də kompüter solaxaylar üçün əsl tapıntıdır. Amma onların bir xüsusiyyəti var: anadangəlmə savad solaxaylarda artıq 1,5 yaşından başlayır. Əgər bu yaşda uşaq danışmağa başlamırsa, demək, dislaliya (səsi eşidə bilməmək) və ya alaliya (3 yaşından sonra danışmaq) baş verir. Əksər hallarda isə solaxaylar uzun müddət uşaq yaşlarında olduğu kimi danışmağa davam edirlər. Bu da psixi pozğunluq ucbatından baş verir.

Solaxaylar az yaşayır

[redaktə | mənbəni redaktə et]

Deyirlər ki, sağ və solu tənzimləmə qabiliyyəti zəif olduğundan solaxaylar hər zaman qəzalar nəticəsində dünyasını dəyişirlər. Ona görə də solaxaylar adi insanlara nisbətən, daha az ömür sürürlər.

Solaxaylar daha ağıllı olurlar

[redaktə | mənbəni redaktə et]

ABŞ-nin Milli iqtisadi bürosunun alimləri araşdırıblar ki, solaxay kişilər digər kolleqalarına nisbətən, daha yaxşı iş qabiliyyəti göstərib, 15% daha çox qazanılar.

Məşhur solaxaylar

[redaktə | mənbəni redaktə et]
  1. Hüseynli, C. Ayaq saxla, Qələndər oxuyur: [Aşıq Qələndər haqqında] //Kredo.- 2014.- 12 aprel.- S. 10;14.