Kinolent Azərbaycanla Hindistanı bir-birinə bağlayan çoxəsrlik dostluqdan söhbət açır. Eyni zamanda biz ekranda hind rəssamlarının Bakıda açılmış sərgisi ilə tanış oluruq, məşhur hind kino ulduzları Rac Kapur və Nərgizlə kinoteatrda görüşürük, sevimli sənətkarımız Rəşid Behbudovun hind mahnısı oxuduğunu görürük. Kadrlarda 1969-cu ildə Azərbaycanda keçirilmiş Hindistan mədəniyyəti ongünlüyünün tədbirləri də əks etdirilmişdir.
Ürəkdən ürəyə yollar görünür | |
---|---|
Fayl:Ürəkdən ürəyə yollar görünür (film, 1970).jpg | |
Janr | sənədli film |
Rejissor | Nina Mustafayeva |
Ssenari müəllifləri |
Aqşin Babayev Nina Mustafayeva |
Operator | Vladimir Konyagin |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1970 |
Filmin digər adı | Ürəkdən ürəyə |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | SSRİ |
İl | 1970 |
Texniki məlumatlar |
2 hissə 590 metr 35 mm |
Film Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sifarişi ilə çəkilmişdir.