Ürəkdən-ürəyə (film, 1970)

Kinolent Azərbaycanla Hindistanı bir-birinə bağlayan çoxəsrlik dostluqdan söhbət açır. Eyni zamanda biz ekranda hind rəssamlarının Bakıda açılmış sərgisi ilə tanış oluruq, məşhur hind kino ulduzları Rac Kapur və Nərgizlə kinoteatrda görüşürük, sevimli sənətkarımız Rəşid Behbudovun hind mahnısı oxuduğunu görürük. Kadrlarda 1969-cu ildə Azərbaycanda keçirilmiş Hindistan mədəniyyəti ongünlüyünün tədbirləri də əks etdirilmişdir.

Ürəkdən ürəyə yollar görünür
Fayl:Ürəkdən ürəyə yollar görünür (film, 1970).jpg
Janr sənədli film
Rejissor Nina Mustafayeva
Ssenari müəllifləri Aqşin Babayev
Nina Mustafayeva
Operator Vladimir Konyagin
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1970
Filmin digər adı Ürəkdən ürəyə
Filmin növü qısametrajlı sənədli film
Ölkə SSRİ SSRİ
İl 1970
Texniki məlumatlar 2 hissə
590 metr
35 mm

Film Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sifarişi ilə çəkilmişdir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Nina Mustafayeva
Ssenari müəllifi: Aqşin Babayev, Nina Mustafayeva
Operator: Vladimir Konyagin
Səs operatoru: Şamil Kərimov
Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.