Ürəkvari tunq

Ürəkvari tunq

Ürəkvari tunq
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Əsasən Yaponiya, Çin, Şimali Vyetnam və Hindistanda yayılmışdır. Bu növ bəzən yapon tunq ağacı da adlanır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 8-15 m-ə çatır. Gövdəsi hamar, seyrək budaqlı çətirə malikdir. Yarpaqları enli yumurtavarı, tamkənarlı, yaxud 3 ayalıdır. Qaidə hissədən ürəkvarı, itiucludur, uzunluğu 8-20 sm-ə, eni 8-18 sm-ə çatır. Cavan yarpaqları seyrəktükcüklü olub, yaxşı seçilən qırmızımtıl damarlıdır. Yarpaq saplağı 8-15 sm, bəzən 25 sm olur. Çiçəkləri ağdır, müxtəlifcinslidir, yarpaqlar əmələ gəldikdən sonra iyun ayında çiçəkləyir. Erkəkcikli, dişcikli olur. Hər çiçək qrupunda 1-dən 30-35 ədədə qədər meyvə olur. Meyvəsi qutucuqdur, kürəvi və qabırğalıdır. Sentyabr-oktyabr aylarında yetişir, toxumları yumru, 10-12 mm diametrində olur.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

İşıqsevən, şaxtayadavamlı bitkidir. Torpağa tələbkardır, dərin, münbit, torpaqlarda yaxşı inkişaf edir.Çox rütubətli, bataqlıq və qələvi torpaqları sevir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Lənkəranda,Astarada becərilir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Tunq ağacının toxumlarının tərkibində olan yağdan (50-60%) texniki məqsədlə istifade edilir.

Məlumat mənbəsi[redaktə | mənbəni redaktə et]